Baş nazir İrakli Kobaxidze parlamentdə çıxışı zamanı bildirib ki, futbol siyasi kontekstdən azad edilməlidir və o, bunun qayğısına maksimal şəkildə qalacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ümumiyyətlə, arzu olunandır ki, bu sahə - futbol, siyasi kontekstdən azad olsun, futbol hamınındır, hər oyunçu hamınındır və bu sahə elə də qalmalıdır. Bəziləri prosesləri başqa cür idarə etməyə çalışırlar, amma biz idmanın apolitik xarakterinə malik olmaq üçün əlimizdən gələni edəcəyik. İdman apolitik olmalıdır və mən bununqayğısına maksimal şəkildə qalacağam.
Bir şeyi deyim: Avropa çempionatına gedənə qədər bizim çox çətin rəqiblərimiz var idi, o cümlədən təsnifat mərhələsində. Həmçinin, Avropa Çempionatında artıq çətin, çox çətin rəqiblərimiz var idi - üç çox çətin rəqib. Ancaq oğlanlar qorxmadılar, iki ayaq üstə durdular. Bu məşhur metaforanı xatırlayırsınız. Məhz oğlanlar iki ayaq üstə durduğu üçün uğur və qələbə qazandıq. Harada iki ayaq üstə dursaq, Gürcüstan orada qalib gələcək”, - Kobaxidze bildirib.
Aİ-yə inteqrasiya kontekstində iki ayaq və ya bir ayaq üzərində dayanmağa hakim partiyanın nümayəndələri tez-tez istinad edirlər. “Xarici agentlər haqqında” rus qanununun müzakirəsi zamanı ortaya çıxan “bir ayaq üstə durmaq” metaforasında “Gürcü Arzusu”nun üzvləri tabe olmaq və ya suverenliyin itirilməsini nnəzərdə tuturlar.
Almaniyada keçirilən Avropa çempionatında Gürcüstanın milli futbol komandası tarixi nəticə əldə edib: iyunun 26-da Portuqaliyaya qalib gələrək qrupdan çıxıb və iyunun 30-da 1/8 finalda İspaniya ilə qarşılaşacaq.