Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi Vasil Roinişvilinin həyat yoldaşı Diana Tsindeliani uzun illər Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyində işləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim ötən il evlənib və 2023-cü ilin əmlak bəyannaməsinə həyat yoldaşı ilə bağlı məlumatları daxil edib. Sənədə əsasən, 1991-ci ildə Abxaziyada, konkret olaraq Gülrifdə anadan olan Diana Tsindeliani 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya Sənaye və Ticarət Nazirliyinin hüquq departamentinin rəis müavini olub. Bəyannamədə onun nazirlikdən gəlir kimi 1130 rubl (təxminən 35 lari) aldığı bildirilir.
“LinkedIn” sosial şəbəkəsində Diana Tsindelianın yaşayış yeri Moskva kimi göstərilib və iş təcrübəsi qrafikinə əsasən o, 2013-cü ildən adıçəkilən nazirlikdə işləyir və müxtəlif vəzifələrdə çalışır. Diana Tsindelian təhsilini Rusiya Dövlət Ədliyyə Universitetində alıb.
Vasil Roinişvili 2020-ci ildə Gürcüstan Konstitusiya Məhkəməsinin üzvü təyin edilib. O, məhkəmənin sədr müavini və birinci kollegiyanın sədridir.
121 qeyri-hökumət və media qurumu Konstitusiya Məhkəməsində “xarici agentlər” haqqında rus qanununun ləğv edilməsini, məhkəmə yekun qərar verənə qədər onun konstitusiyaya zidd normalarının dayandırılmasını tələb edir. Gürcüstan prezidenti Salome Zurabişvili də rus qanununa qarşı Konstitusiya Məhkəməsinə müraciət edib. Prezident hesab edir ki, “Gürcü Arzusu”nun qəbul etdiyi qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə (Avropa və Avroatlantik strukturlara inteqrasiya) ziddir və ləğv edilməlidir.