“Lelo” partiyasından olan deputat Davit Usupaşvilinin bəyanatina əsasən, “Gürcü Arzusu”nun müxalifətə məhkəmə sistemindəki korrupsiyanı araşdırmaq üçün istintaq komissiyası yaratmağa imkan verməməsi görünməmiş inzibati zorakılıqdır. Müxalifətçi deputatlar parlamentə qarşı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Konstitusiyası parlamentin 50 üzvünə istintaq komissiyasının yaradılması məsələsini öz iradəsi ilə həll etməsi üçün müstəsna hüquq verir. Siz müxtəlif üsullarla, qanunsuzluq və parlament təcrübəsi üçün qəbuledilməz hərəkətlərlə, misli görünməmiş zorakılıqdan istifadə etməklə səsvermə rejimindən istifadə edərək sivil şəkildə iradəmizi və qərarımızı ifadə etməyə imkan vermədiniz.
Buna görə də, hörmətli parlament sədri, biz parlamentin 50 üzvünün imzasını təzələyirik, yəni imzalarla Gürcüstan Konstitusiyasının 42-ci maddəsi ilə nəzərdə tutulmuş istintaq komissiyası yaratmaq iradəmizi və qərarımızı təsdiq edirik. Bunun üçün isə bir şey tələb olunur - parlamentin 1/3-nin dəstəyi. Konstitusiya başqalarının nə düşündüyü ilə maraqlanmır.
Bu iradəmizin təzahürü ilə sizə müraciət edirik ki, istintaq komissiyasının fəaliyyəti üçün zəruri prosedurları davam etdirəsiniz. Əgər bu kifayət etmirsə, onda biz Konstitusiya Məhkəməsində görüşəcəyik və artıq mütləq istintaq komissiyasında görüşəcəyik, hansı ki mütləq bu parlamentdə yoxsa sonraki parlamentdə yaranacaq onun üçün ki, bu günlərdə parlamentdə baş verənlər də araşdırılsın, 0 halda ki, nəinki gündəmdən bizim məsələmizi, həmçinin konstitusiyanı sildiniz.
Bunu 2012-ci ildə əvvəlki hökumətin yanına qaldı, bu cür komisiya yaradılmadı, çünki 2012-ci ilin dekabrında istintaq komissiyasının yaradılması prosesinə onda da kimlərsə, o vaxtkı daxili işlər naziri, ədliyyə naziri, baş prokurorun müavini müdaxilə etdi. Bizə ədliyyə və hüquq-mühafizə sistemində faktları araşdırmaq üçün istintaq komissiyası yaratdırmadılar. Eyni şey indi də baş verir”, - Usupaşvili parlamentin plenar iclasında bildirib.
Müxalifətçi deputatlar məhkəmə-hüquq sistemindəki korrupsiya və digər qanunsuz halların araşdırılması üçün müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərar layihəsini 2022-ci ilin dekabrında qeydiyyatdan keçiriblər. İstintaq komissiyasının yaradılması məsələsi xüsusilə ABŞ Dövlət Departamentinin Gürcüstanın üç cari və bir keçmiş hakimi - Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya, Valerian Tsertsvadze və onların ailə üzvlərinə 5 aprel 2023-cü ildə korrupsiyada iştirakına görə sanksiyalar tətbiq etməsindən sonra aktuallaşıb.
“Dövlət Departamenti etibarlı və razılaşdırılmış məlumatlara əsaslanaraq, adıçəkilən şəxslərin dövlət vəzifəsindən sui-istifadə edərək əhəmiyyətli korrupsiya fəaliyyəti ilə məşğul olduqlarını müəyyən edib. Onlar öz hərəkətləri ilə hakimlərə qeyri-qanuni imtiyazlar təklif etməklə və ya siyasi müttəfiqlərinin xeyrinə qərarlar qəbul etmələri üçün onlara təzyiq etməklə məhkəmə və ictimai prosesə məhəl qoymayıblar və şəxsi maraqları üçün hakimlərin təyinatını manipulyasiya ediblər”, - ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan izah edib.
Parlament müxalifəti İstintaq Komissiyasının yaradılması ilə bağlı qətnamənin səs verməyə qoyulmasına aprelin 18-dən çalışır. “Gürcü Arzusu”nun deputatları hakimlərlə həmrəylik əlaməti olaraq iclaslara qeydiyyatdan keçməyərək, səsverməyə başlamaq üçün lazımi kvorum yaratmamaqla üç dəfə səsverməni pozublar. Parlament bürosu bu məsələni hətta cari həftənin plenar iclaslarının gündəliyinə də daxil etməyib.
Gürcüstan Konstitusiyasının 42-ci maddəsinə əsasən, parlamentdə istintaq və digər müvəqqəti komissiyalar parlament üzvlərinin ən azı beşdə birinin (30 deputat) təşəbbüsü ilə yaradılır. Müvəqqəti komissiyanın yaradılması haqqında qərarı parlament əsasnamə ilə müəyyən edilmiş qaydada qəbul edir. Müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərar parlamentin tam tərkibinin üçdə birinin (50 deputat) dəstəyi ilə qəbul edilir. Komissiyada müxalifətin təmsilçiliyi komissiya üzvlərinin ümumi sayının yarısından az olmamalıdır. İstintaq komissiyasının tələbi ilə onun iclasında iştirak etmək, habelə məsələnin araşdırılması üçün zəruri olan sənədləri və məlumatları təqdim etmək məcburidir.
Parlamentin reqlamentinə görə, parlamentin plenar iclasında parlamentin tam tərkibinin əksəriyyəti iştirak etdikdə səlahiyyətlidir. Parlamentin 150 üzvü var. Plenar iclasda 76 deputatın iştirakı tələb olunur.