Kutaisi şəhərinin meri İoseb Xaxaleişvili istefa verdiyini açıqlayıb. Onun özünün dediyi kimi, “Gürcü Arzusu” komandasında qalır və fəaliyyətini Tbilisidə davam etdirəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Şəhərimə və ölkəmə başqa vəzifədə xidmət etməyə davam edəcəyəm. Yarandığı gündən hakim komandanın üzvüyəm, 10 ildən artıq dövlət qulluğunda müxtəlif rəhbər vəzifələrdə çalışmışam və bu, illər ərzində şəhərimiz üçün işlər görmək üçün ən yaxşı fürsət idi.
Mövcud siyasi vəziyyətdən qaynaqlanaraq, mən partiya fəaliyyəti ilə məşğul olacağam və Tiflisdə fəaliyyətimi davam etdirəcəyəm”, - Xaxaleişvili bildirib.
Onun sözlərinə görə, “ölkə çox mühüm, tarixi seçim qarşısındadır” və o, ölkəyə başqa formada xidmət etməyə çalışacaq.
İoseb Xaxaleişvili 30 oktyabr 2021-ci ildə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər nəticəsində Kutaisi şəhərinin meri seçilib. Onun səlahiyyət müddəti 2025-ci ildə başa çatır. Mer seçilməzdən əvvəl Xaxaleyşvili İmereti qubernatorunun müavini olub.
İoseb Xaxaleişvilinin istefasından sonra Kutaisi merinin səlahiyyətlərini birinci müavini Davit Eremeişvili yerinə yetirəcək və növbəti seçkilər gələn il keçiriləcək.