Ləyaqəti alçaldan reyestrdə qeydiyyatdan keçməyəcəyik - 150-dən çox təşkilat

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

150-dən çox qeyri-hökumət və media təşkilatı “Gürcü Arzusu” rus qanununu geri götürənə qədər hökumətlə əməkdaşlığı dayandırır. Eyni zamanda, təşkilatlar heç vaxt və heç bir şəkildə ləyaqəti alçaldan reyestrdə qeydiyyatdan keçməyəcəklərini bəyan edir və vətəndaşları aprelin 28-i, bazar günü saat 19:00-da Respublika Meydanında rus qanununa qarşı toplaşmağa çağırırlar.

“Sözünü pozmaqla və rus qanununa yenidən baxmaqla hökumətin konstitusiya çərçivəsini tərk etdiyi və ölkənin xarici kursunu dəyişdirdiyi şübhə doğurmur. Bu, gürcü xalqının sarsılmaz iradəsinə xəyanətdir. Elə bir sosial təbəqə, peşəkar və ya ictimai qrup yoxdur ki, son günlər hakimiyyəti rus qanununu geri götürməyə çağırmasın. Alimlər, tələbələr, həkimlər, mədəniyyət və idman nümayəndələri, şərabçılar, sahibkarlar, fermerlər və digər kollektivlər bu gün tarixin düzgün tərəfində bir yerdə dayanırlar.

Həmçinin, bütün beynəlxalq tərəfdaşlara görə: Avropa İttifaqı, NATO, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və dost ölkələr deyir ki, rus qanunu bizi Avropa İttifaqından uzaqlaşdırır. Rus qanununun müzakirə olunması və qəbul edilməsi bütün vətəndaşlara təsir edən, gürcü demokratiyasını öldürən və bizi Rusiya ilə üz-üzə qoyan anti-konstitusion addımdır.

Buna görə də biz: a) hökumət nümayəndələri ilə görüşlərdə iştirak etməkdən; b) iş qruplarında və məşvərət şuralarında işləməkdən c) beynəlxalq və ya digər iş formatlarında hökumət ilə kordinasiyadan imtina edirik.

Biz yalnız insanlar üçün işləyirik. Biz yalnız xalqa xidmət edirik və uşaqların, qadınların, işçilərin, əlillərin və digər həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Gürcüstanın Avropa Birliyinə tamhüquqlu üzv olmasına dəstək verən və bunun üçün çalışan bu insanların 80%-i, xüsusən də dövlət qulluqçularıdır. “Gürcü Arzusu” bu insanları öz iradəsinə zidd olaraq hökumətin aprelin 29-na planlaşdırdığı Rusiya yürüşündəiştirak etməyə məcbur edir. Hökumətin Rusiya marşı ilə gələcəyimiz Avropada olduğu halda hakimiyyət bizi keçmişə qaytarmağa çalışır. Hakimiyyət öz övladları, gələcək nəsilləri, dövlət qulluqçuları və bu ölkənin Avropa gələcəyini dəstəkləyənlərin böyük əksəriyyəti ilə mübarizə aparır.

Bizim və gürcü xalqının cavabı belədir: biz heç vaxt Putinin qaydaları ilə yaşamayacağıq. Rus qanunu heç vaxt gürcü xalqının seçimi olmayacaq. Avropaya hə! Rus qanununa yox”, - bəyanatı imzalayır:

  1. “Ad Hoc” Cavab Mərkəzi
  2. Gündəlik
  3. “ISFED” Mtsxeta-Mtianeti və Kvemo Kartli ofisi
  4. "Tolerant Dünya" ASC
  5. "Ədalət evi" ASC
  6. "İnsan Hüquqlarının İnkişafı Fondu" ASC
  7. Bərabər İştirak İmkanları Mərkəzi ASC
  8. “Mediaxma” ASC-nin Media və Kommunikasiya Tədris və Araşdırma Mərkəzi
  9. Neogen ASC
  10. Tələbələr Avropa Gələcəyi Üçün ASC
  11. Gürcüstanın Avropa Gələcəyi
  12. İnsan Hüquqları Mərkəzi
  13. Alik Media Georgia
  14. Gənclər Demokratik Dəyişiklik Uğrunda
  15. Gənclərin və Yetkinlərin İnkişafı Assosiasiyası - YADA
  16. Axalkalaki Biznes Mərkəzi
  17. Axalkalaki Yetkinlər üçün Təhsil Mərkəzi
  18. Gürcüstan Uşaq Psixi Sağlamlığı Assosiasiyası
  19. Batumelebi/Netgazeti
  20. Kənd Gənclərini Gücləndirək
  21. Araşdırmaçı Jurnalistlər Birliyi “IFact”
  22. İnkişaf, Təhsil və Sosial Məşğulluq Assosiasiyası - ADESI
  23. İnkişaf və İştirak platforması
  24. Qerqart
  25. Qori İcma Radiosu Mozaikası
  26. Quriya Vətəndaş Mərkəzi
  27. Demokratiya İnstitutu
  28. Demokratiya Araşdırma İnstitutu (DRİ)
  29. Demokratiyanın Keşikçiləri
  30. Avropa Fondu
  31. Avropa-Gürcüstan İnstitutu
  32. İqtisadi Siyasət Araşdırma Mərkəzi (EPRC)
  33. V2Tech Georgia
  34. Azad Jurnalistlər Evi
  35. Azad Assosiya
  36. Nəsillərin Gücləndirilməsi Şəbəkəsi (GEN)
  37. Tbilisi Prayd
  38. Tetritskaro Gənclik Mərkəzi
  39. Toliskuri
  40. İlia Hüquq Evi (İlias)
  41. İndiqo
  42. Sosial Dəyişiklik Təşəbbüsü
  43. İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI)
  44. Qaraçöpİcma Mərkəzi
  45. Sapari İttifaqı
  46. Kaxeti Regional İnkişaf Fondu
  47. Koqnitio
  48. Komli
  49. Münaqişə və Danışıqlar üzrə Beynəlxalq Araşdırmalar Mərkəzi (ICCN)
  50. Koşki İcma İnkişaf Mərkəzi
  51. Yaradıcı İnkişaf Mərkəzi
  52. Lomek
  53. Ədliyyənin İnkişafı Mərkəzi
  54. Media Evi - Cənub Qapısı
  55. Media Ombudsmanı
  56. Media İnstitutu
  57. Media, İnformasiya və Sosial Araşdırmalar Mərkəzi
  58. Mişqov Larda (Yuxarı Svaneti)
  59. İştirakçı Demokratiya Təşəbbüsü (PDI)
  60. Çoxpartiyalı Demokratiya Mərkəzi (EECMD)
  61. Muxrana Təşəbbüs Qrupu
  62. Yaşıl Alternativ
  63. Yaşıl Sektor
  64. Dəstək və İmkanların Gücləndirilməsi Mərkəzi
  65. "Publika" onlayn nəşri
  66. Orbeliani Gürcüstan
  67. Ayrı-seçkiliyə Qarşı Ailələr (FAD)
  68. İnsan Hüquqları üzrə Tərəfdaşlıq (PHR)
  69. Sosial Rifah üçün Tərəfdaşlıq - PSK
  70. Yeni İmkanlar üçün Platforma
  71. Platforma Salam
  72. Tərəqqi üçün Prevensiya
  73. Proyuz Gürcüstan
  74. Profesio - Şəxsi və Peşəkar İnkişaf Mərkəzi
  75. Radio Nor
  76. Raça İcma Təşkilatı
  77. Regional Tərəfdaşlıq Mərkəzi
  78. İslahatlar və Araşdırma Qrupu (RRG)
  79. Sovet Keçmişinin Tədqiqat Laboratoriyası
  80. Cəmiyyət və Banklar
  81. İctimai Monitorinq və Araşdırma Mərkəzi PMRC
  82. “Yaşıllar” İctimai Hərəkatı
  83. İctimai İncəsənət Platforması
  84. Hereti İcma Birliyi
  85. Nukriani İcma Təşkilatı
  86. Təşəbbüs Qrupu - Aktiv Vətəndaşlıq Akademiyası
  87. "Hərəkat" Təşəbbüs Qrupu
  88. Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti
  89. Vətəndaş Fəaliyyəti Mərkəzi (CCA)
  90. Lakmus Vətəndaş Fəaliyyəti Mərkəzi
  91. Vətəndaş İnteqrasiyası və Millətlərarası Münasibətlər Mərkəzi
  92. Azadlıq Uğrunda Vətəndaş Hərəkatı
  93. Vətəndaş Cəmiyyəti İnstitutu
  94. Vətəndaş Cəmiyyəti Fondu
  95. Vətəndaş İştirakı və Mülki Məşğulluq Mərkəzi (CEAC)
  96.  Saorsa
  97.  Saunje
  98.  Gürcüstan - demokratiya və vətəndaş cəmiyyəti
  99.  Gürcüstan Adiktoloqlar Assosiasiyası
  100. Gürcüstan Xəbərləri / Dağ Xəbərləri
  101. Gürcüstanın Atlantik Şurası
  102. Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA)
  103. Gürcüstanın Demokratik İnkişaf İttifaqı
  104. Gürcüstan Demokratik Təşəbbüsü (GDI)
  105. Gürcüstanın Avropa Orbiti
  106. Gürcüstanın Gələcəyi Akademiyası
  107. Gürcüstanın Jurnalist Etikası Xartiyası
  108. Gürcüstan İslahatları Assosiasiyası (GRASS)
  109. Gürcüstan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (ACSDG)
  110. Gürcüstan Məhkəmə Nəzarəti
  111. Gürcüstan Psixososial Yardım Assosiasiyası Etimad
  112. Gürcüstan Psixotravma Cəmiyyəti
  113. Gürcüstan Qiymətləndirmə Cəmiyyəti
  114. SBGCS Qafqaz Axaltsixe Ofisi
  115. Həmrəylik İcması
  116. Kənd İnkişafı və Vətəndaş İştirakı Mərkəzi - Lilipar
  117. Sosial Elmlər Mərkəzi
  118. Sosial Ədalət Mərkəzi
  119. "Qumbati" sosial müəssisəsi
  120. Strateji, Təşkilati və Demokratik Prioritetlər Mərkəzi (COSDP)
  121. Tolerantlıq və Müxtəliflik İnstitutu (TDI)
  122. Hüquqlar Gürcüstan
  123. Femea
  124. Femina
  125. Feniks 2009
  126. Folklor Gürcüstanı
  127. Forsett
  128. Psixologiya Evi
  129. Qadınlar Azadlıq Uğrunda
  130. Regionun İnkişafı Üçün Qadınlar
  131. Qadınlar Ümumi Gələcək  üçün (WECF) - Gürcüstan
  132. Qadınlar Assosiasiyası Çobanyastığı 
  133. Qadın Təşəbbüslərinə Qəstək Qrupu
  134. Qadınlar Həmrəylik Mərkəzi
  135. Gürcüstanda Qadınlar Fondu
  136. Qadın və inkişaf
  137. Gürcüstan media qrupu
  138. Kvemo Kartli mediası - QvemoQartli.ge
  139. Açıq Məkan Qafqaz (COS)
  140. Kvareli Euroclub
  141. "Lampari" MFİ Uşaqların Valideynləri Birliyi
  142. Mənim Xaraqaulim
  143. Biz Təhsil Üçün
  144. Rəqəmsal Texnologiya Agentliyi NEO TV
  145. Bilik Kafesi
  146. İşgəncə Qurbanlarının Psixososial və Tibbi Reabilitasiyası Mərkəzi - GCRT
  147. Tasertili
  148. Çavçavadze Mərkəzi
  149. Sağlam Gələcək Üçün
  150. Qrup Bulyon (Rəssamlar İttifaqı)
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur