Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Gürcüstanın Aİ üzvlüyünə namizəd statusunun dayandırılmasını istisna etmir. O, bu barədə bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl bəyan edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bugünkü görüşümüzdən çıxa biləcək ən yaxşı qərar odur ki, Aİ-Gürcüstan münasibətləri və Gürcüstanın Aİ-yə gedən yolu ilə bağlı yenilik, ictimai yeniləmə olacaq.
“Hesab edirəm ki, indiki hadisələr öz əksini tapmalıdır və ümid edirəm ki, Avropa İttifaqından çox aydın siqnal olacaq ki, qanunun son variantı qəbul olunarsa, Gürcüstan daha Avropa İttifaqı yolu ilə davam edə bilməyəcək”, - nazir bildirib.
Gürcü jurnalistin bu nə deməkdir sualına Litvanın xarici işlər naziri belə cavab verib: “Bu, şərtlərlə verilən namizəd statusunun, bu şərtlərin yerinə yetirilmədiyinə görə, artıq namizəd statusu olmaması deməkdir. Siyasi baxımdan bu mümkündür, çünki bu, siyasi anlayışdır. Bu səbəbdən [status] dayandırıla bilər”.
Avropa İttifaqının xarici siyasətlə bağlı qərarları 27 üzv dövlətin hamısının dəstəyini tələb edir. Qabrielius Landsberqis bu gün qeyd edib ki, Avropa İttifaqının demək olar ki, bütün müzakirələri və bütün zəruri qərarları yalnız bir ölkə - Macarıstan tərəfindən bloklanır. Litvalı diplomatın dediyi kimi, Macarıstan Gürcüstanla bağlı bəyanatı da bloklayıb.
Bu gün Aİ-nin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib ki, “Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır”. Estoniyanın xarici işlər naziri də tənqidi bəyanatla çıxış edib. Jurnalistin Avropa İttifaqından hansı qərarlar gözlədiyi ilə bağlı sualına Marqus Tsahkna vizasız rejim və şəxsi sanksiyalara yenidən baxılmasını xatırladıb.