“Vəziyyət həqiqətən narahatedicidir. “Xarici agentlər” haqqında qanun bir şeydir, amma fakt odur ki, Gürcüstan hakimiyyəti Avropa yolundan uzaqlaşır və bunu açıq elan ediblər. Beləliklə, bu gün biz Gürcüstan məsələsini qaldıracağıq. Avropa İttifaqı hərəkətə keçməlidir, onun çox aydın cavabı olmalıdır”, - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Aİ Xarici Əlaqələr Şurasının iclası başlamazdan əvvəl Brüsseldə deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalistin Avropa İttifaqından hansı qərarları gözlədiyi ilə bağlı sualına estoniyalı diplomat belə cavab verib:
“İlk növbədə, biz komissiyadan doqquz addımın icmalını qəbul etmək və həmçinin reaksiyalar hazırlamaq istəyirik, mən namizəd ölkə statusunu, o cümlədən şəxsi sanksiyaları, mümkünsə, viza rejiminə yenidən baxılmasını nəzərdə tuturam, çünki Gürcüstan hökumətinin aldığı hər şey hədiyyə deyil. Gürcüstan hökuməti indi Avropa İttifaqı və gürcü xalqı ilə razılaşdırıldığı kimi irəli getməlidir”.
Bu gün Xarici Əlaqələr Şurasının sessiyasından əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib ki, “Gürcüstan hökuməti Avropa yolundan uzaqlaşır”.
Xarici Əlaqələr Şurasının iclası Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə iki gün ərzində keçiriləcək və ona Cozef Borel sədrlik edəcək.
Bir neçə gün əvvəl “Financial Times” məlumat yaymışdı ki, hökumətin “xarici agentlər” qanunu ilə bağlı mövqeyinə cavab olaraq, bir sıra Aİ ölkələri Gürcüstana qarşı sanksiyaların tətbiqini, o cümlədən vizasız gediş-gəlişin dayandırılmasını tələb edir. Nəşr yazıb ki, Aİ xarici işlər nazirlərinin görüşündə məhdudlaşdırıcı tədbirlərin müzakirəsini tələb edəcək ölkələr arasında Estoniya, Hollandiya, Çexiya və İsveç var. “Financial Times”a məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, Gürcüstan vətəndaşları üçün Aİ-yə vizasız gediş-gəlişin ləğvi ilə yanaşı, məqsədyönlü sanksiyalar və Aİ-nin maliyyələşdirilməsinin dondurulması da nəzərdən keçirilir.