“Biz Abxaziya Respublikasının müstəqilliyini tanıyan dövlətlərin dairəsini genişləndirəcəyik”, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 3-də Soçidə keçirilən görüşdə Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya ilə söhbətində deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Lavrov Bjaniyanı Moskvanın Abxaziyanın “müstəqilliyini” tanımasının 15 illiyi və “Gürcüstan-Abxaz müharibəsində qələbənin 30 illiyi” münasibətilə təbrik edib.
Moskva Abxaziya və qondarma Cənubi Osetiyanı “müstəqil” respublika kimi 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra tanıyıb. Abxaziya və Tsxinvali regionunu “müstəqil” respublikalar kimi Venesuela, Nikaraqua, Nauru və Suriya tanıyır.
Rusiyanın xarici işlər naziri Abxaziyanın de-fakto prezidentinə Ukraynadakı müharibədə iştirak edən rus döyüşçülərinə “müntəzəm humanitar yardıma” görə təşəkkür edib.
Bjaniya, öz növbəsində, Abxaziya ilə Rusiya arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirib və buna misal olaraq ikili vətəndaşlıq haqqında sazişi, eləcə də Soxumi hava limanının yenidən qurulması üzrə investisiya layihəsini göstərib. İyulda Rusiya prezidenti Moskva ilə Suxumi arasında imzalanmış ikili vətəndaşlıq haqqında sazişin ratifikasiyası haqqında sərəncam imzalayıb. Qondarma Abxaziya pasportu olan şəxslər de-fakto Abxaziya vətəndaşlığından imtina etmədən Rusiya vətəndaşlığını əldə edə bilərlər. Rusların da Abxaziya “vətəndaşlığı” almaq hüququ var. Soxumi hava limanına gəlincə, o, 49 il müddətinə Rusiyaya verilib.
Rusiyanın “TA” agentliyinə müsahibəsində Bjaniya bildirib ki, o, Gürcüstanla mehriban qonşuluq münasibətləri arzulayır və Tbilisi Abxaziyanın müstəqilliyini tanıyarsa,iqtisadi-ticari əlaqələri müzakirə edəcək.
“Prezidenti nəzərə almasaq, Gürcüstanın qalan liderləri bugünkü kəskin vəziyyətdə özlərini necə aparmalı olduqları baxımından praqmatikdirlər və Cenevrədəki müzakirələrin nəyəsə gətirib çıxaracağını da istisna etmirəm.
Düşünürəm ki, onlar başa düşürlər ki, sülh həm Abxaziyanın, həm də Gürcüstanın inkişafı üçün şərtdir. Ümid edirəm ki, belədir”, - deyə o bildirib.
Rusiyanın Xarici İşlər Naziri oktyabrın 3-də Soçidə qondarma Cənubi Osetiyanın de-fakto prezidenti Alan Qaqloyevlə də görüşüb. Oktyabrın 4-də isə Rusiya prezidenti Vladimir Putin Abxaziyanın de-fakto prezidenti ilə görüşəcək.
“Avropa Demokratlar” partiyasının sədri Paata Davitaianın sözlərinə görə, tez-tez keçirilən görüşlər Rusiyanın “ölkəmizin ərazilərini ilhaq etməyə hazırlaşdığını” ortaya qoyur.
“Soçidə keçirilən görüşlər və orada verilən bəyanatlar çox təhlükəlidir və Gürcüstan dövlətinə qarşı yönəlib. Rusiyanın işğal olunmuş ərazilərimizlə bağlı gücləndirdiyi siyasət və görüşlərin intensivliyi onu göstərir ki, Rusiya ərazilərimizi ilhaq etməyə hazırlaşır, bununla bağlı hökumətimizə dəfələrlə xəbərdarlıq etmişəm. Mən Gürcüstan hökumətini, Xarici İşlər Nazirliyini bu görüşlərə maksimum diqqət yetirməyə, sərt etiraz bəyanatları verməyə və beynəlxalq tərəfdaşları prosesə qoşulmağa çağırmağa çağırıram”, - Davitaia deyir.