Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər

Rusiya prezidenti Vladimir Putin Bakıya iki günlük səfərə gəlib. Avqustun 18-i, axşam Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onu evdə nahara qonaq ediblər.

Kremldən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, o cümlədən aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq. Söhbətdə Azərbaycanla Ermənistan arasında sülh prosesinə də toxunulacağı gözlənilir.

Bu, Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlamasından sonra Azərbaycana ilk səfəridir. Bu, Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlamasından sonra Azərbaycana ilk səfəridir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur