Tbilisi Şəhər Məhkəməsi “xarici agentlər” haqqında rus qanuna etiraz aksiyasının iştirakçısı, “Limon” reklam şirkətinin direktoru Qiorqi Okmelaşvili barəsində həbs qətimkan tədbiri seçilib. Hakim Davit Mqeliaşvili prokurorluğun vəsatətini təmin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Polis əməkdaşına hücum etmək, xüsusən də onun üzünə dirsək vurmaq ittihamı ilə həbs edilən Qiorqi Okmelaşviliyə qarşı narkotik vasitələrin qanunsuz alınması və saxlanılması ittihamı da irəli sürülüb.
“Dinc etirazçılar sözün birbaşa mənasında vurulub, döyülürdü. Mən özümü zəifləri qorumağa borclu hesab etdim. Aleksandre [zərər çəkmiş polis məmuru] həddən artıq qeyri-mütənasib güc tətbiq edirdi. Düşünürəm ki, özümü və ətrafımdakı insanları qoruyurdum. Narkotiklərə gəlincə, bu narkotiklər mənə iki il əvvəl klublardan birinin girişində verilib və istifadəçi olmadığım üçün evdə saxlamışdım, unutmuşam”, - Okmelaşvili məhkəmə prosesində bildirib.
Müdafiə tərəfi təqsirləndirilən şəxs üçün 20.000 lari girov istəyib. Vəkil Cumber Katamadzenin sözlərinə görə, prokurorluğun sübut kimi təqdim etdiyi video kontekstdən çıxarılıb və maskalı şəxslərin mitinq iştirakçılarına güc tətbiq etməsi qeydə alınmayıb.
İşin prokuroru Ani Xubejaşvili deyir ki, təqsirləndirilən şəxs dirsək zərbəsi endirən zaman dəf etmə vəziyyətində olmayıb. “Faktiki olaraq, o, cinayət yerində zorakılıq hərəkəti edən yeganə şəxs olub”, - prokuror qeyd edib.
İş üzrə növbəti məhkəmə iclası iyulun 4-nə təyin edilib.
Qiorqi Okmelaşvili mayın 15-də saxlanılıb. Tbilisi polisi onun iş yerində və yaşayış yerində axtarış aparıb. Okmelaşvili təqsirli bilinərsə, onu 4 ildən 7 ilə qədər həbs gözləyir.
Bir aydır ki, Tbilisidə rus qanununa qarşı çoxminlik nümayişlər keçirilir. Xüsusi təyinatlılar və polis dinc etirazçıları dəfələrlə dağıdıb. Bu müddət ərzində aksiyaların yüzdən çox iştirakçısı inzibati qaydada saxlanılıb. Prokurorluq polis əməkdaşına hücum və obyektə ziyan vurmaqda 9 ittiham irəli sürüb.
Aksiyalarda Daxili İşlər Nazirliyinin nümayəndələri etiraz edən deputatlar - Aleksandre Elisaşvili və Levan Xabeişvili, mülki fəal Davit Katsarava və başqalarını amansızcasına döyüblər. İndiyədək həbs olunmayan naməlum şəxslər rus qanunu əleyhinə aksiyaların bir sıra iştirakçılarına hücum edərək, onlara çoxsaylı bədən xəsarətləri yetiriblər. Prokurorluq zorakılıq faktı ilə bağlı istintaq aparmayıb və heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.
“Gürcü Arzusu” Rurus siya qanununu mayın 14-də üçüncü və yekun oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanununa veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftə vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.