Tbilisi şəhər məhkəməsi “agentlər haqqında” rus qanununa qarşı martda keçirilən etiraz aksiyalarının iştirakçısı 21 yaşlı Lazare Qriqoriadisini müvəqqəti həbsdə saxlayıb. Hakim Nato Xucadze müdafiə tərəfinin həbs qətimkan tədbiri kimi müvəqqəti həbs əvəzində 20 min lari məbləğində girovdan istifadə edilməsi barədə vəsatətini təmin etməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İşin prokuroru Tamar İakobidzenin sözlərinə görə, işdə artıq tətbiq edilmiş qətimkan tədbirinin dəyişdirilməsinə əsas olacaq yeni hallar mövcud olmayıb:
“Baxılmalı olan cinayət işində təqsirləndirilən şəxsə qarşı zorakılıq törətdiyinə və əmlaka vurulan ziyana görə məhkəmə artıq girovdan istifadə edib. Girovun məqsədi odur ki, təqsirləndirilən şəxs yeni cinayət törətməməsin. Məhz, təqsirləndirilən şəxs tərəfindən yeni cinayət törədilmi və bu hissədə ittiham tərəfinin qabaqlayıcı tədbirlərin məqsədlərinə nail ola bilməyən artıq istifadə edilmiş girovla razılaşmaması məntiqlidir. 3000 lari əvəzinə 20 000 lari onun düzgün davranışını təmin edə bilməzdi”.
Dövlət ittiham aktında yeni cinayət törətmək riski ilə yanaşı, gizlənmə və şahidlərə təsir göstərməyin təhlükəsindən də bəhs edilirdi.
“Həbsədək, bir ay ərzində gizlənməli olsaydım, gizlənərdim. Həbs olunanda geyindiyim paltarlar aksiyada geyindiyim paltarlar idi”, - Qriqoriadisi məhkəmə prosesi zamanı deyib.
Onun vəkillərindən biri, Lika Bitadzenin sözlərinə görə, hakimin bugünkü qərarı şablon və əsassız olub.
Daxili İşlər Nazirliyinin əməkdaşları Lazare Qriqoriadisini martın 29-da həbs ediblər. O, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının sağlamlığına zərər vurmaqda və dövlət əmlakını məhv etməkdə ittiham olunur. İş materiallarına görə, martın 7-si saat 23:15 radələrində Rustaveli prospektində keçirilən aksiya zamanı Lazare Qriqoriadisi Daxili İşlər Nazirliyinin 9 Aprel küçəsində yerləşən Xüsusi Təyinatlı İdarəsinin xidmət vəzifələrini yerinə yetirən əməkdaşlarına iki dəfə eyni adlı “molotov kokteyli” atıb və bunun nəticəsində iki əməkdaş müxtəlif növ yanıq xəsarətləri alıb. Bundan başqa, prokurorluğun iddia etdiyi kimi, martın 9-da gecə saatlarında Çanturiya küçəsində təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə məxsus “Toyota Corolla” markalı avtomobilə qəsdən od vurub və avtomobil yerindəcə yanıb. İttiham tərəfi iddia edir ki, avtomobilin yandırılması nəticəsində dövlət büdcəsinə 39 500 lari dəyərində maddi ziyan dəyib. Prokurorluq sübut kimi aksiyalarda çəkilmiş videogörüntüləri yayıb və görüntülərdə təsvir olunan gəncin Lazare Qriqoriadisi olduğunu bildirib.
Təqsiri sübuta yetirilərsə, Qriqoriadisini 7 ildən 11 ilə qədər həbs gözləyir.
Mart aksiyaları zamanı polis əməkdaşına hücum etməkdə ittiham edilərək həbs edilən Tornike Akopaşvilinin məhkəməsi də bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilib. Məhkəmə iclasında sübutların qəbul edilməsi məsələsi müzakirə olunub. Akopaşviliyə 3000 lari girov ödənilməsi tətbiq olunub. Ona qarşı irəli sürülən cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Lazare Qriqoriadisinin işinin əsas müazakirəsi mayın 8-də başlayacaq, Tornike Akopaşvilinin məhkəməsi isə mayın 15-ə rəyin olunub.