Tbilisi şəhər məhkəməsi 7-9 mart aksiyalarının iştirakçısı Lazare Qriqoriadisiyə baş nazir İrakli Ğaribaşvili və “Gürcü Arzusu” partiyasının sədrinə qarşı qarşı şikayətini qəbul etməkdən üç dəfə imtina edib. Lazare Qriqoriadisi böhtan faktının müəyyən edilməsi, şərəf və ləyaqətə toxunan ifadələrin rədd edilməsi və mənəvi ziyana görə Ğaribaşvili və Kobaxidzinin hər birinə kompensasiya kimi 2 lari təyin edilməsini tələb edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim Qoça Didava 27 iyun 2023-cü il tarixli hökmdə yazır ki, şikayət və mübahisənin faktiki halları aydın deyil. Məhkəmə Gürcüstanın “söz və ifadə azadlığı haqqında” qanununun 17-ci maddəsinin 2-ci bəndinə diqqət çəkir ki, ona görə də qarşı tərəfi üzr istəməyə məcbur etmək yolverilməzdir.
Avqustun 9-da çıxarılan hökmə əsasən, hakim Zviad Esebua Lazare Qriqoriadisinin vəkili Dimitri Nozadzenin şikayətə yenidən baxılması tələbindən təkrardan imtina edib və izahat verib: “Şikayət tələbində qarşı tərəfin yaydığı, konkret olaraq hansı məlumatın, ifadənin böhtan kimi hesab edilməsini tələb etdiyini və məhkəmənin qərarı haqqında məlumatın dərc olunmasının hansı vasitə, forma və müddətdə baş verməli olmasını qeyd etsin”.
Oktyabrın 20-də çıxardığı hökmdə hakim Qoça Didava qeyd edir ki, şikayət qanunla müəyyən edilmiş tələblər əsaslı şəkildə pozulmaqla qaldırılıb və düzgün tərtib olunmayıb. “2-2 lari məbləğində mənəvi ziyanın təyin edilməsinə gəlincə, şikayət ərizəsində şikayətçiyə hansı ziyanın dəydiyi müəyyən olunmur”, - hakim yazır.
Polis 21 yaşlı Lazare Qriqoriadisini martın 29-da saxlayıb. Onu “xarici agentlər haqqında” adlanan “rus qanunu”na qarşı keçirilən aksiyalarda polisə hücum və Daxili İşlər Nazirliyinə məxsus avtomobilin yandırılmasında ittiham edirlər. Lazare Qriqoriadisi həbs olunub. Təqsiri sübuta yetirilərsə, onu 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Bu konkret şəxsə gəlincə, görünən odur ki, onun hər cür oriyentasiyası pozulub və belə insanlar polislərə qarşı zorakılıq ediblər. Bu şəxs, bu gənc, yolunu azmış adam bolşevik üçlüyü- yəni Vaşadze-Caparidze-Xoştariyanın birliyi ilə əlaqəlidir - bu da onu göstərir ki, bu adam konkret subyektiv maraqdan irəli gələrək hərəkət edirdi” , - hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli belə cavab Kobaxidze Lazare Qriqoriadisinin saxlanılmasını belə şərh edib.
Aprelin 3-də baş nazir İrakli Ğaribaşvili Lazare Qriqoriadisi haqqında “onun polisi diri-diri yandırmaq niyyətində olduğunu” deyib.
İyunun 30-da Ğaribaşvili parlamentdə çıxışı zamanı təqsirsizlik prezumpsiyasını pozaraq bir daha Lazare Qriqoriadisini təqsirli bilib:
“Mənfurun biri çıxıb, birbaşa polisə molotov kokteyli atıb onu diri-diri yandırmaq qərarına gəlib.
Kim olduğu mənə maraqlı deyil. Bunu sizə hiddətlə deyirəm. Mən burada tamamilə barışmaz olacağam. Belə şeyi heç kəsı bağışlamayacağıq. Bu dövlətə əl qaldırmaqdır. Qoy bunu hamı yaxşı yadında saxlasın. İndi çıxıb müdafiə etsinlər. Niyə qorumurlar?! Niyə həbsdən çıxmırlar?! Onu heç kim çıxara bilməz, polisə əl qaldırılan bu ağır cinayəti heç kim bağışlaya bilməz”.
Lazare Qriqoriadisini 7-9 mart hadisələri işi üzrə maksimum doqquz aylıq həbs müddəti dekabrın 29-da başa çatır, bundan sonra təqsirləndirilən şəxsin həbsdə qalması yolverilməzdir.
Bundan əvvəl, sentyabrın 25-də məhkəmə artıq iki il əvvəl məişət zorakılığı işi üzrə Lazare Qriqoriadisini 1,5 il müddətinə azadlıqdan məhrum etmişdi. Polisə hücum edib, avtomobili yandırmaqda təqsirli bilinməsə belə, onu həbsdən çıxarmayacaqlar.