Baş nazir İrakli Ğaribaşvili 7-9 mart tarixlərində keçirilən etiraz aksiyalarının iştirakçısı 21 yaşlı Lazare Qriqoriadisinin həbsi ilə bağlı təsdiq formasında bildirib ki, onun polisi diri-diri yandırmaq niyyəti olub. Baxmayaraq ki, prokurorluq saxlanılan şəxslə bağlı hələ istintaqı belə yekunlaşdırmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Polisə hücum edən şəxs bir neçə gün əvvəl saxlanılıb. Anarxistlərdən birinin polisə necə molotov kokteyli atdığını xatırlayırsınız, yəni bu adamın polisi diri-diri yandırmaq niyyətində olduğu görüntüləri hamınız gördünüz. Mən çıxdım və öz mövqeyimi bildirdim ki, biz bunu heç kəsə bağışlamayacağıq. Bu, qəbuledilməz, güzəştə getməyəcəyimiz qırmızı xəttdir. Həmçinin, siz, cəmiyyət gördü ki, plan daha mürəkkəbdir və onların planı daimi xaos yaratmaqdır. Təbii ki, onların nəhayi məqsədi ölkəmizdə sabitliyi pozmaq, zorakılıq yolu ilə hakimiyyəti dəyişmək olub ki, buna nail olmayıblar və olmayacaqlar”, - deyə baş nazir bildirib.
İrakli Ğaribaşvili 7-9 mart aksiyaları və ABŞ Kapitolumuna olunan hücum faktları arasında paralel aparıb:
“ABŞ-da baş verənləri bilirsiniz, Kapitoliuma hücum zamanı Konqres binasına soxulan 4 nəfər yerindəcə öldürülərək zərərsizləşdirildi. Bizdə, bu anarxistləri parlament binasına buraxmaq sən demə norma imiş.
Belə çıxır ki, polisə molotov kokteylləri ilə atəş açmaq normadır və polis buna müdaxilə etməməlidir, yəni, biz heç kimi həbs etməməli, cəzalandırmamalıyıq və imkan verməməliyik ki, bu anarxistlər, xaos yaradanlar, ölkə düşmənləri ölkəyə xaos gətirsinlər. Təbii ki, biz bunu etməyəcəyik. Amerikada bir neçə yüz insan aşkara çıxarıldı, onlar on illik həbs qəti imkan tədbirləri ilə həbsxanaya göndərildi, dörd nəfər yerindəcə öldürüldü. Avropa ölkələrində nə baş verdiyini görürsünüz - söhbət sabitlikdən, təhlükəsizlikdən getikdə güzəştsiz mübarizə aparılır.
Biz, polis tədbiri o qədər təmiz keçirdik ki, həqiqətən də heç kim xəsarət almadı, məsələyə maksimum diqqətlə yanaşdıq və bu gün bizə deyirlər ki, polisə “molotov kokteyli”, daşlar atan hansısa anarxistin, anarxistlərin etdiklərinə göz yummalıyıq. Bu, əlbəttə ki, baş verməyəcək”.
Səhiyyə Nazirliyi 7-9 mart tarixlərində “agentlər haqqında” rus qanuna qarşı keçirilən aksiyalar zamanı xüsusi təyinatlılar tərəfindən aksiyanın dağıdılması nəticəsində neçə nümayişçinin xəsarət alması barədə məlumatı hələ də gizlədir. Məlumdur ki, martın 7-də etirazçılardan biri Zaza Biğiaşvilinin başına, ehtimal olunur ki, qaz balonu dəyib və onun bir gözü görmə qabiliyyətini tamamilə itirib. Levan Samxarauli adına Milli Məhkəmə Ekspertiza Bürosu Zaza Biğiaşvilinin ekspertiza cavabı üçün bir il müddət tələb edib.
7-9 mart aksiyalarının iştirakçısı Lazare Qriqoriadisə gəlincə, o, martın 29-da saxlanılıb. Prokurorluğun məlumatına görə, aparılmış istintaqla müəyyən edilib ki, martın 7-də, təxminən saat 23:15 radələrində Rustaveli prospektində keçirilən aksiya zamanı Lazare Qriqoriadisi 9 aprel küçəsində Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşlarına onlar xidmət öhdəliklərini yerinə yetirərkən iki dəfə eyni adlı “molotov kokteyli” atıb. Nəticədə Xüsusi Tapşırıqlar İdarəsinin iki əməkdaşı müxtəlif növ yanıq xəsarətləri alıb. Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs martın 9-u, gecə saatlarında Çanturia küçəsində Daxili İşlər Nazirliyinə məxsus “Toyota Corolla” markalı avtomobilə qəsdən od vurub və avtomobil yerindəcə yanıb. İttiham tərəfi iddia edir ki, avtomobilin yandırılması nəticəsində dövlət büdcəsinə 39 500 lari dəyərində maddi ziyan dəyib.
Prokurorluq aksiyalarda çəkilmiş videogörüntüləri sübut kimi yayıb və görüntülərdə təsvir olunan gəncin Lazare Qriqoriadis olduğunu bildirib.
Paralel olaraq “Gürcü Arzusu”nun liderləri mart aksiyalarında iştirak edən gənclərin gözdən salınma kampaniyasını davam etdiriblər. Martın 30-da hakim partiyanın sədri İrakli Kobaxidze bildirib ki, Lazare Qriqoriadisinin “hər cür oriyentasiyası pozulub”. O, gənci müxalifət partiyaları ilə əlaqələndirməyə çalışıb.
Martın 31-də Tbilisi Şəhər Məhkəməsi Qriqoriadisi barəsində həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxs məhkəmə prosesində susmaq hüququndan istifadə edib.
Lazare Qriqoriadisi xidməti öhdəliyini yerinə yetirərkən polis əməkdaşlarının sağlamlığına zərər vurmaqda və dövlət əmlakını məhv etməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər həbs gözləyir.
İş üzrə növbəti məhkəmə iclası mayın 1-i saat 17:00-da keçiriləcək.