Orientasiyası pozulub - Kobaxidze “molotov kokteyli” atmaqda ittiham olunan saxlanılan şəxs haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bu konkret şəxsə gəlincə, onun hər cür oriyentasiyası pozulmuş kimi görünür və belə insanlar polis əməkdaşlarına qarşı zorakılıq edirdilər. Bunun müvafiq şəkildə qiymətləndirilməsi lazımdır. Özlüyündə bu adamın, bu gəncin, yolunu azmış insanın bolşevik üçlüyü ilə əlaqəli olması – yəni Vaşadze-Caparidze-Xoştariya birliyi – onu göstərir ki, bu adamı konkret subyektiv maraqlar hərəkət etdirimiş”, - hakim partiya “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze polis əməkdaşlarına hücum etməkdə və Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırmaqda ittiham olunan 7-9 mart aksiyalarının iştirakçısı 21 yaşlı Lazare Qriqoriadisini həbsinə bu cür münasibət bildirib.

“Özlüyündə təbii ki, qanunun icrası vacibdir və burada cinayət törədildiyi ehtimal olunan yerdə insanlar məsuliyyətə cəlb olunmalıdır. Əlbəttə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı gördüyümüz ağır hücumlar heç kimin yanına qalmamlıdır. Bu molotov kokteyli, daşlar atmaq idi. Bunlar konkret ağır cinayətlərdir və bu cinayətlərə görə məsuliyyət daşıyanlar təbii ki, cavab verməlidirlər. Bu, hüquq-mühafizə orqanlarının işidir və ümid edirəm, bununla bağlı istintaq davam edəcək.

Bildiyiniz kimi, bu bolşevik üçlüyü xarici agentlərin birləşməsidir və bu şəxs onların maliyyəsinin şəffaf və ictimai olmaması üçün konkret maraqla hərəkət edirdi. Ona görə də bu cür oriyentasiyası pozulmuş insanların hərəkətləri həm hüquqi, həm də cəmiyyət tərəfindən layiqincə qiymətləndirilməlidir”, - Kobaxidze jurnalistlərə bildirib.

Lazare Qriqoriadisi dünən həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs martın 7, 8, 9-da Rustaveli prospektində keçirilən aksiyada polis əməkdaşlarına daşlar və eyni adlı “molotov kokteyl”ləri atıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. O, həmçinin Daxili İşlər Nazirliyinə məxsus avtomobilə də od vurub.

Nazirlik açıqlamasında qeyd edir ki, Lazare Qriqoriadisi əvvəllər polisin qanuni tələbinə tabe olmadığına görə cərimələnib və o, həmçinin Cinayət Məcəlləsinin 11 Prima 120 və 11 Prima 187-ci maddələri ilə ittiham olunur və hal-hazırda sorğulanır.

Saxlanılan şəxsin babasının dediyinə görə, onun nəvəsi 2020-ci ildə parlament seçkilərindən sonra MSK qarşısında  keçirilən aksiyada polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib. Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cinayət ittihamı haqqında baba nəvəsi ilə atasının bir yerdə yaşamadığını, atansın bir neçə dəfə onların evinə soxulduğunu, nəvənin münaqişə zamanı özünü müdafiə etdiyini və ataya xəsarət yetirdiyini deyir.

“Droa” partiyasının lideri Elene Xoştariya həbs olunan oğlanı şəxsən tanımadığını, onun “Droa”nın üzvü olmadığını, lakin onu hər cür müdafiə edəcəklərini bildirib.

Gürcüstanın baş naziri və “Gürcü Arzusu”nun liderləri 7-9 mart aksiyalarında iştirak edən gəncləri gözdən salmağa, onları müxalif siyasi partiyalarla əlaqələndirməyə çalışırlar. Martın 12-də baş nazir İrakli Ğaribaşvili mitinq zamanı səhnəyə çıxan gəncləri bir-bir tanıdıqlarını bildirib.

Burada kim, necə cürət edib bu gəncləri sipər kimi istifadə edib, onları ön xəttə buraxırlar, “Molotov kokteyli” atdırırlar. Görüntüləri gördünüz - 60-a yaxın polis yaralanıb, bir neçə polisi az qala diri-diri yandırıblar. Bunu kimə bağışlayırıq? Bu insanların hamısı ciddi şəkildə cəzalandırılacaq.

Zorakılığa kim başladı? “Milli Hərəkat”ın gənclər qanadı zorakılığa başlayıb və hamımız onların adlarını bilirik, eyni adlı “Qirçi”, təxribatçı Caparidzenin hərəkatı və “Franklin Klubu”nun anarxistləri. Mən bir neçəsinin şəkilini gördüm və heyrətləndim, bəzi insanlar, gənclər bir növ satanist forması geyinmişdilər. Burada baş verənlər təşviş doğurucudur”, - Ğaribaşvili bildirib.

Parlament sədri Şalva Papuaşvili bildirib ki, romantikləşdirilməyə çalışılan müəyyən qrup gənclər polisə molotov kokteylləri atıb. Bundan əlavə, Papuaşvili universitetlərdə rus qanunlarını dəstəkləyən deputatların mühazirələrini pozmağa çalışan aksiya iştirakçılarını “min larilik gənclər” adlandırıb.

“Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze aksiyada iştirak edən gənclərin bir hissəsini ikiüzlü adlandırıb.

Martın 7-də “Gürcü Arzusu” 78 deputatın dəstəyi ilə hökumətdən maliyyə cəhətdən müstəqil olan qeyri-hökumət təşkilatlarını və media vasitələrini xaricin agentləri elan edən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə qəbul edib.

Qanun layihəsinin birinci dinləmədə qəbul edilməsi martın 7-9-da Rustaveli prospektində bir neçə min nəfərin iştirak etdiyi etiraz aksiyalarını bərabərində gətirib. Daxili İşlər Nazirliyi dinc nümayişçiləri gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən istifadə edərək dağıdıb. Səhiyyə Nazirliyi xəsarət alanların sayını açıqlamasa da aksiyanın dağıdılması zamanı aldığı xəsarət nəticəsində etirazçılardan birinin bir gözü görmə qabiliyyətini itirib, onlarla insan yaralanıb. Polis 133 vətəndaşı inzibati qaydada, bir nəfəri isə cinayət məcəlləsi qaydasına əsasən saxlayıb.

Bənzəri görünməmiş etirazlar nəticəsində “Gürcü Arzusu” rus qanunundan imtina etmək məcburiyyətində qalıb və martın 10-da ikinci dinləmədə onu ləğv edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur