Tbilisi Şəhər Məhkəməsinin hakimi Davit Tsereteli “Rioni Vadisinin Xilası Uğrunda” hərəkatının lideri Varlam Qoletiani və onunla birlikdə inzibati məsuliyyətə cəlb edilən daha 5 nəfərə tam bəraət verib. Məhkəmə iki fəalı - Qela Ketelauri və Otar Lobjanidzeni polisin qanuni tələbinə tabe olmadıqları üçün inzibati xəta törətmiş şəxs kimi tanıyıb və onlara şifahi xəbərdarlıq edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmə digər üç fəalın işinə noyabrın 30-da baxacaq.
“Əslində bizi həbs edən polislərdən heç biri məhkəmə prosesinəə gəlmədi. 6 saat ərzində biz digər polislərin tamamilə əsassız ittihamlarını dinləyirdik”, - görüşdən sonra Varla Qoletiani bildirib.
“Məhkəməyə gələn polislər deyirdilər ki, guya bizi onlar saxlayıblar. Əslində bizi onlar saxlamayıblar. Saxlanılma videosunda hakim də onların orada olmadığını gördü. Bu adamlar bunu ona görə deyirlər ki, rəis belə deyib, o biri bura gəlməyə ərinir, çünki, daha yüksək vəzifədədir və onu buradan azad olunub. Polisləri ora açıq-aşkar yalan danışmaq üçün çıxardlar. 24 saat təcridxanada qalmağımıza kim cavab verəcək?” - “Mautskebeli” onlayn platformasının jurnalisti Rati Ratiani qeyd edib.
Polis noyabrın 18-də axşam saatlarında Tbilisidə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında “Rioni Vadisinin Xilası Uğrunda”nın fəallarını və “Mautskebeli”nin jurnalistini, ümumilikdə 11 nəfəri saxlayıb. Daxili İşlər Nazirliyi onları xırda xuliqanlıqda və polis əməkdaşlarının tələblərinə tabe olmamaqda ittiham edirdi. Aksiya təşkilatçıları Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin həyətində çadır qurmaq istəsələr də, polis buna imkan verməyib. Raça və Kvemo Svaneti meşələrinə verilmiş lisenziyanın ləğvi tələbi ilə iki aydır etiraz aksiyaları keçirən fəallar Tbilisiyə Raçadan gəliblər.
Saxlanılan fəallar və jurnalist 24 saat müvəqqəti təcridxanada saxlanılıb.
Keçən ilin martında hökumət tamamilə əhalidən gizli şəkildə Raça və Kvemo Svanetidə yerləşən 104 712 hektar meşə sahəsini 49 il müddətinə sanksiyaya məruz qalan rusiyalı oliqarxın şəriki olan Davit Xidaşelinin şirkəti “HG Capra Caucasia” MMC-yə verib. Lisenziyanın şərtlərinə görə, Xidaşeli bu meşələrdə ovçuluq təsərüfatı təşkil etməli idi. “Dağ Xəbərləri”nin jurnalist araşdırması göstərdi ki, meşələrin Rusiya hökuməti ilə sıx əlaqəsi olan şəxsə verilməsi bir çox qanun pozuntusu ilə həyata keçirilib. Xidaşeliyə verilən meşələrə 81 Raça və 2 Kvemo Svaneti kəndi (Tsana-Zesxo vadisi) ətrafı ərazilər daxildir. Bu qəsdi həyata keçirmək üçün hakimiyyət sənədlər də saxtalaşdırıb.
Noyabrın 28-də Milli Ətraf Mühit Agentliyi Xidaşelinin şirkətinə verilmiş xüsusi ov lisenziyasını ləğv edib.