Qori rayon məhkəməsinin hakimi Qoqa Kupreişvili müxalif “Qirçi - Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzeyə hücum edən İoseb Maisuradzenin həbs cəzasını girovla əvəzləyib. 38 günlük həbsdən sonra Maisuradze 2000 lari məbləğində girov müqabilində zaminə buraxılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmə iclasında törətdiyi cinayətdən peşmanlığını ifadə edən İoseb Maisuradze jurnalistlərin suallarını cavablandırmayıb. Vəkilinin sözlərinə görə, artıq təqsirləndirilən şəxsin həbsdə saxlanması üçün heç bir hüquqi əsas qalmayıb.
“O, mənimlə söhbətində təsdiqlədi ki, bu, onun bugünkü nöqteyi-nəzərdən müsbət qiymətləndirmədiyi qəfil mənəvi həyəcandan qaynaqlanan hərəkətdir. Üstəlik, hər hansı bir şəraitdə zərər çəkmiş şəxslə yenidən qarşılaşası olsa, ona dostluq əli uzatmağa, hətta dostluq təklif etməyə də hazır olduğunu deyir. Başqa sözlə, onun mövqeyi kökündən dəyişib və belə bir şeyin təkrarlanması təhlükəsi praktiki olaraq yoxdur”, - vəkil Nodar Tsintsadze bildirib.
İttiham tərəfi İoseb Maisuradzenin həbsdə qalmasını tələb edirdi. Prokuror Otar Doxnadzenin dediyinə görə, təqsirləndirilən şəxsin şəxsiyyətindən, törədilmiş cinayətin xarakterindən və konkretliyindənirəli gələrək, həqiqətən, təqsirləndirilən şəxsin cinayət əməllərini davam etdirməsi təhlükəsi var.
“Bizim mövqeyimiz ilk dəqiqələrdən necə idisə, elədir. Cəza məhkəmənin qərarıdır, lakin işin mahiyyəti üzrə yoxlanılması mərhələsində ittiham tərəfi təqsirli hökmünün çıxarılmalı olduğu mövqeyində qalacaq”, - Otar Doxnadze bildirib.
Zurab Caparidzeyə hücum iyunun 17-də, Tbilisi-Senaki-Leselidze şosesində yerləşən “Smart” supermarketinin avtodayanacağında baş verib. Müxalif siyasətçi partiya yoldaşları ilə birlikdə liberal akademiya düşərgəsində təlim keçmək üçün Borjomiyə gedirdi. O, maşında tək oturub və supermarketə gedən sərnişinləri gözləyərkən hücuma məruz qalıb. Həmin gün sosial şəbəkədə Soso Maisuradzenin adından cinayəti etiraf etdiyi bəyanat dərc olunub və o, Caparidzeyə hücumun motivinin “patriarxı təhqir etmək” olduğunu bildirib.
“Mən Soso Maisuradze, Qoridən olan kəsəm. Zura Caparidze mənim tərəfimdən döyülüb. Uşaqlarımızın azğınlığa sürüklədiyinə, patriarxı və kilsəni təhqir etdiyinə və çılpaq arxalarını düşmənə göstərdiklərinə görə döyülür... Mən heç yerdə gizlənməyəcəm”, – deyə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən Maisuradze yazıb.
Maisuradzeyə qarşı ittiham Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsinin 1-ci hissəsi ilə irəli sürülüb. Cinayət cərimə və ya 120 saatdan 180 saatadək müddətə ictimaiət xeyrinə əmək və ya 6 aydan 1 ilədək müddətə ev dustaqlığı və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Zurab Caparidzeyə hücumdan az sonra “Öncə Gürcüstan” hərəkatının təsisçisi Vato Şakarişvili həmfikirləri ilə birlikdə liberal akademiyanın gənclər düşərgəsinin yerləşdiyi mehmanxananın yaxınlığındakı Borjomiyə gedib. Onlar mehmanxananın həyətinə daş və boya atıb, söyüşlər səsləndirib və düşərgə iştirakçılarını hədələyiblər. Hücum zamanı xəsarət alan olmasa da, “Qirçi - Daha Çox Azadlıq” üzvünün maşınına ziyan dəyib. Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 187-ci (özgənin əmlakını məhv etmə) maddəsi ilə araşdırma başlanıb. Polis indiyədək heç kimi həbs etməyib.
İyunun 27-də “Formula” televiziya şirkətinin təsisçilərindən olan Mişa Mşvildadzeyə hücumu vətəndaş Nikoloz Quqeşaşvili də İoseb Maisuradze ilə eyni mətn və formada etiraf edib. Quqeşaşvili barəsində həbs qətimkan tədbiri seçildiyi məhkəmə iclasında Vato Şakarişvili və onun hərəkatının üzvləri də iştirak edib.
Çox güman ki, Caparidze və Msvildadzeyə hücumlar əvvəlcədən planlaşdırılıb və razılaşdırılıb.