Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, o, 2024-cü ildə keçiriləcək parlament seçkilərində “Vahid Milli Hərəkat”ın siyasi mübarizəsinin ön cəbhəsində olmağa hazırdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən “Milli Hərəkat”ın siyasi fəaliyyət komitəsinə, belə demək mümkünsə, idarə heyətinə rəhbərlik etmək niyyətindəyəm. Partiyanın sıravi üzvləri bunun tərəfdarı olsa, mən bu idarə heyətinin sədri olacam. Partiya liderləri ilə yanaşı, ictimai xadimlər də idarə heyətinə qatılacaq. Bu seçkidə siyasi mübarizəmizin ön xəttində olmağa hazıram. Gürcüstanın var olub-olmama məsələsi burada həll olunur”, - Saakaşvili bu gün, fevralın 9-da “Vivamed” klinikasından şəhər məhkəməsində keçirilən prosesdə iştirak edərkən bildirib.
Onun sözlərinə görə, “Milli Hərəkat - Qələbə Platforması”nın nümayəndəsi kimi ilk dəfə seçki kampaniyasına birbaşa qoşulacaq.
“Əlbəttə, mən Ukraynanın sadiq vətəndaşı olaraq qalıram. Bu, mənim üçün vacibdir, lakin hər kəsə xatırlatmaq istəyirəm ki, Bidzina İvanişvili Avropa İttifaqının vətəndaşı kimi seçkilərə qatılıb və bu presedent Gürcüstanda mövcuddur. Belə ki, bu presedenti nəzərə alaraq, hər kəsin mütləq qalib gələcəyimizi bilməsini istəyirəm. Əsas odur ki, seçkilərə getməyə çox insan hazırlaşsın. Hansı fiziki problemlərim oursa olsun, bu mübarizə üçün çox həyəcanlıyam”, - deyə sabiq prezident bildirib.
Saakaşvili prezident Salome Zurabişvilinin müxalifət partiyalarının və vətəndaş sektorunun iştirakı ilə Avropa üçün “vahid platforma” yaratmaq təşəbbüsünü alqışlayıb, lakin bildirib ki, indi müzakirələr zamanı deyil:
“Mən indiki prezidentə məsləhət vermək fikrində deyiləm. Bircə onu deyim ki, mən onun yerində olsaydım, xalq platformasını küçəyə çıxarardım, binada eyni adamlarla görüşmək eyni dairə ətrafında dövrə vurmaqdır. Məkanı daraltmaq üçün Azadlıq Meydanı xüsusi olaraq kiçildilib. Salome xanım üçün tanış yer olan İppodrom artıq praktiki olaraq yoxdur, amma Rustaveli var, onu doldurmaq olar. Xanım Salome bu təşəbbüslə çıxış etsə, biz onu dəstəkləyəcəyik”.
Mixeil Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkd və Xüsusi Dövlət Mühafizə Xidmətinə - məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə, “Gödəkçələr” işində. Üçüncü prezident özünü təqsirli bilmir və siyasi təqiblərə məruz qaldığını, Putinin məhbusu olduğunu deyir.
Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs edilib. Səhhəti pisləşdiyi üçün 2022-ci il mayın 12-dən Xüsusi Cəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasına yerləşdirilib.