BMT-nin insan haqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor “Gürcü Arzusu” tərəfindən agentlər haqqında “rus qanunun” yenidən təqdim edilməsini şərh edib və bildirib ki, Tbilisiyə səfəri zamanı o bunun baş verməyəcəyi barədə əmin edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Tbilisiyə səfərim zamanı bunun baş verməyəcəyi barədə vəd almağıma baxmayaraq, xarici agentlər haqqında qanunun Gürcüstan parlamentinə yenidən daxil edilməsindən çox narahatam. Mən hesabatımda bu qanun layihəsinin zərərini vurğuladım və hadisələri yaxından izləməyə davam edəcəyəm”, – Meri Loulor “X” sosial şəbəkəsində yazıb.
Meri Loulor 2023-cü il oktyabrın 30-dan noyabrın 7-dək Gürcüstanda rəsmi səfərdə olub və bu səfər zamanı 50-yə yaxın hüquq müdafiəçisi, həmçinin hökumət və parlament nümayəndələri ilə görüşüb. O, səfərdən sonra hazırladığı hesabatda da yazıb ki, “dövlət ona xarici agentlər haqqında qanunun bərpa olunmayacağını bildirib”.
"Gürcü Arzusu" 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək.
ABŞ, NATO və Avropa İttifaqı bildirir ki, “agentlər” haqqında qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirəcək. Aİ Xarici Fəaliyyət Xidmətinin mətbuat spikeri Piter Stano hakimiyyət orqanlarına Avropa Komissiyasının 1-ci və 9-cu tövsiyələrini xatırladıb ki, bu tövsiyələrə əsasən, üzvlük danışıqlarına başlamaq üçün hakimiyyət orqanları ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli və Aİ və onun dəyərlərinə qarşı dezinformasiya ilə mübarizə aparmalıdır.