Parlamentin İnsan Haqları Komitəsinin sədri Mixeil Sarjveladze hesab edir ki, avropparlamentarların “Alt-İnfo”ya və onun rəhbəri Konstantine Morqoşiaya sanksiya tətbiq etmək təşəbbüsü Gürcüstana qarşı sanksiyaların tətbiqi üçün presedentlər yaratmaq məqsədi daşıyır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Belə təşəbbüslər irəli sürərkən heç kim münaqişədə ola biləcəyi insanların, məsələn, təşəbbüsün əsaslandığı sanksiya tətbiq edilən ayrı-ayrı şəxslərin hüquqlarının qorunmasında maraqlı deyil. Əslində məqsəd Gürcüstana qarşı sanksiyaların tətbiqi üçün presedentlər yaratmaqdır. Belə şübhələrim var.
Xarici siyasi vektorla bağlı mənim qətiyyən qəbuledilməz olan fikirlər səsləndirən insanlar var. Buna baxmayaraq, bu o demək deyil ki, mən gedib bu ölkəyə xarici tərəfdən sanksiyalar tətbiq etməyə çalışım, çünki nüfuz baxımından bundan ölkənin xeyrinə istifadə olunmayacaq”, - Sarjveladze jurnalistlərə bildirib.
LGBTİ İnter-Qrupunun üzvü olan altı Avroparlamentar iyulun 8-də “Prayd Festivalı”na hücumla bağlı Aİ qurumlarının rəhbərlərinə müraciət edir və “Alt-İnfo”ya və onun liderlərindən biri Konstantine Morqoşiaya qarşı sanksiyaların tətbiqini tələb edirlər. Onların məktubunda deyilir ki, bu cür hücumlar ifadə, toplaşma və birləşmə azadlığının və fundamental insan hüquqlarının açıq şəkildə pozulmasıdır. Avroparlamentarlar qeyd edirlər ki, Gürcüstan kimi Avropa İttifaqına üzv olmağa can atan ölkələr hər bir vətəndaşın bu fundamental hüquq və azadlıqlarına hörmət etməlidir.
“Biz “Alt İnfo” qruplaşmasına və onun arxasında dayanan oliqarx Konstantine Morqoşiyaya qarşı məqsədyönlü sanksiyaların tətbiq edilməsini qətiyyətlə tələb edirik. Alt-İnfo öz media kanallarında LGBTQI-fobik nifrət nitqi yayması ilə tanınır və iyulun 8-də “Tbilisi Prayd”a hücumlarda fəal iştirak edib”, - Avropa Parlamenti üzvləri bildirirlər
“Tbilisi Prayd” həftəsinin sonuncu günü, iyulun 8-də Tbilisidə, Lisi gölünün ərazisində qapalı tədbir – “Prayd Festivalı” keçirilməli idi. Əvvəlki günlərdə radikal qruplar yalan məlumat yayırdılar ki, guya eyni adlı gey-paradın keçirilməsi nəzərdə tutulurdu və bu yolla vətəndaşları, o cümlədən rayonlardan gələnləri də səfərbər etməyə çalışırdılar. Rusyönümlü, zorakı və homofob partiya – “Mühafizəkarlar Hərəkatı/Alt-İnfo”nun lideri Konstantine Morqoşiya hədələr səsləndirib ki, “8 iyul 5 iyulda qoyulan tabuta vurulacaq sonuncu mismar olacaq”.
“Prayd Festivalı” zorakı qrupların hücumu nəticəsində pozulub. Daxili İşlər Nazirliyinin əməkdaşları Vaja-Pşavela abidəsinin yanından yürüş edən festival əleyhdarlarına festival ərazisinə çatmaq imkanı veriblər. Festivalın təşkilatçılarını və iştirakçılarını təxliyə etmək lazım olub. Təşkilatçılar hesab edir ki, tədbirə hücum və onun pozulması Daxili İşlər Nazirliyi ilə zorakılıq qrupları arasında razılaşdırılıb.
Bu mövzu haqqında:
Polis qüvvələrinin “Prayd”ı qorumaq üçün saxta səfərbərliyi və dəstəklənmiş faşizm