Marneulidə “Milli Hərəkat”ın fəalını yaralayıblar 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Polis Marneulinin Daştəpə kəndində “Milli Hərəkat”ın fəalı Hümbət Cəlilovu yaralayan bir nəfəri saxlayıb. Cəlilov yol kənarında meyvə satarkən ona atəş açılıb. Hadisə noyabrın 4-də baş verib. Cəlilov ayağından yaralanıb, ona rayon xəstəxanasında tibbi yardım göstərilib.

“Asim Quliyev yaxınlaşaraq tüfəngdən atəş açıb. İkinci gülləni yerləşdirən zaman hadisə yerində olanlar ona mane olublar. Hücum edən Asim Quliyevlə xalam oğlunun 2020-ci il seçkiləri zamanı münaqişələri olub. Quliyev “Gürcü Arzusu”nu, Hübat Cəlilov isə müxalifəti dəstəkləyib. Eşitdiyimə görə, qarşıdurma həmin münaqişənin davamıdır” – “Mtavari Arxi”yə yaralının qohumu İlqar Əliyev deyir.

“Milli Hərəkat”ın Marneuli təşkilatının rəhbəri Azad Kərimovun sözlərinə görə, hadisə həqiqətən də 2020-ci il seçkiləri zamanı baş vermiş münaqişənin davamıdır. “Onda Cəlilov “Gürcü Arzusu” fəalını saxtakarlıqda ittiham edib və bu, onların arasında münaqişəyə səbəb olub. Bu günə qədər davam edib və nəhayət belə sonlanıb. Biz onun qanun bütün sərtliyi ilə cəzalandırılmasını tələb edirik”, - Kərimov deyir. O, hesab edir ki, hakim partiya 2024-cü il seçkiləri üçün müxalifət fəallarını qorxutmağa çalışır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Daştəpədə istintaq Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə və qanunsuz olaraq odlu silah əldə etmə/saxlama/daşıma nı nəzərdə tutan 120 və 236-cı maddələri ilə aparılır.

Həmin bölgədə noyabrın 1-də Dmanisi bələdiyyəsinin keçmiş meri Qiorqi Tatuaşviliyə də hücum edilib və onun Tbilisidən Dmanisiyə getdiyi avtomobilinə 5 əl atəş açılıb. Tatuaşvilinin dediyinə görə, bir güllə sürücünün oturacağına təsadüf edib. Hücum Didi Dmanisi kəndində baş verib. Tatuaşvili baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirib. O, “Milli Hərəkat”ın nümayəndəsidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur