İndiyədək “Gürcü Arzusu” fraksiyasının sədri olan Mamuka Mdinaradze parlament çoxluğunun lideri seçilib. Hakim partiyanın qərargahında keçirilən çoxluq iclasında daha bir neçə kadr qərarları qəbul edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çoxluq İrakli Çikovani müdafiə naziri postuna keçdikdən sonra boş qalan vitse-spiker vəzifəsi üçün parlamentə Nino Tsilosanini təqdim edəcək.
“Nino Tsilosani parlamentin vitse-spikeri seçildikdən sonra Aqrar Komitənin sədrinin yeri boş qalacaq və biz ora onun birinci müavini Qela Samxaraulini, aqrar komitənin birinci müavini vəzifəsinə isə İrakli (Daçi) Beraianı təqdim edəcəyik”, - Mamuka Mdinaradze bildirib.
“Gürcü Arzusu” fraksiya sədri vəzifəsinə Rati İonatamişvilini, fraksiya sədrinin birinci müavini vəzifəsinə isə Qiorqi Tsaqareişvilini seçib.
Yanvarın 29-da İrakli Ğaribaşvili baş nazir vəzifəsindən istefa verib, bundan sonra parlament çoxluğunun lideri, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hökumət başçısı vəzifəsini tutub. Nazirlər Kabinetinin 12 üzvündən 11-i öz vəzifələrini qoruyub – parlamentin vitse-spikeri və Zuqdidi deputatı İrakli Çikovani müdafiə naziri postunda Xuanşer Burçuladzeni əvəzləyib.
“Gürcü Arzusu”nun proporsional seçki siyahısına əsasən, İrakli Kobaxidzenin yerinə parlamentə iş adamı Qiorqi Barvenişvili daxil olacaq. O, seçki siyahısında 71-ci olub.