“Gürcüstanın NATO-ya mümkün qəbulu ilə bağlı hələ də danışıqlar gedir. Bu ölkədə rusofobiyanın partlayışları başlayıb. 2008-ci ilin tarixini təkrarlamağa ehtiyac yoxdur. Biz problemləri həll etmək üçün BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasına oturmağa hazırıq. Amma bizim narahatlıqlarımız real forma alacaqsa, biz tərəddüd etməyəcəyik”, - deyə Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev “Arqument i Faktiş”də dərc olunan məqaləsində yazıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun öz bəyanatına görə, Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ideyası hələ də populyardır və bunun üçün əsaslı səbəblər varsa, onu həyata keçirmək tamamilə mümkündür.
2008-ci il, avqustun 26-da Rusiya prezidenti Medvedev Rusiya tərəfindən işğal olunmuş qondarma Abxaziyanın və “Cənubi Osetiya”nın qondarma müstəqilliyin tanınması haqqında fərmanlar imzalayıb.
“Gürcüstan əhalisinin əksəriyyəti üçün dövlətimizlə dinc şəkildə yaşamaq daha rahatdır. Rusiya yaxında, Amerika xaricdədir. Ən zəngin mədəniyyətə malik, Rusiyaya minlərlə iplə bağlı olan Gürcüstan üçün rusofobiya axmaqlıq, çirkinlik, ağır xəstəlikdir. Xoşbəxtlikdən, o tamamilə müalicə oluna biləndir”, - Medvedev deyir.
Məqalədə o, Ukraynada davam edən müharibədən də yazır və Ukraynadakı müharibənin Kiyevin, öz dövründə “gürcü təcavüzkarların” məğlubiyyəti ilə başa çatdığı kimi başa çatacağını iddia edir.
“Ukraynadakı Kiyev rejiminin əli ilə NATO-nun bizimlə apardığı müharibənin necə başa çatacağı artıq bəllidir. Bu, gürcü təcavüzkarlarının vəziyyətində olduğu kimi, Kiyevin tam miqyaslı uğursuzluğu olacaq. Gələcəkdə onun dünyanın siyasi xəritəsindən silinməsi, Sovet İttifaqının dağılması nəticəsində süni şəkildə yaradılan dövlətin və təbii ki, timsah göz yaşları ilə ağlayan o qanlı klounların biabırçı şəkildə siyasi səhnədən çıxması tamamilə mümkündür.