Mejvrisxevidən olan çoban işğal altındakı Çxinvali təcridxanasından buraxılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qanunsuz saxlanılan Gürcüstan vətəndaşı Qiorqi Teraşvili işğal altındakı Çxinvalinin istintaq təcridxanasından buraxılıb. İşğalçı qüvvələrin nümayəndələri onu mayın 11-də Kareli bələdiyyəsinin Mejvrisxevi kəndi yaxınlığında salayıblar.

“Mən və iki həmkəndlim naxırda idik. Mallar işğal olunmuş əraziyə keçdi, mən onları geri qaytarmaq üçün o tərəfə keçdim və o zaman rus hərbçiləri məni tutdular”, – Qiorqi Teraşvili azadlığa çıxdıqdan sonra deyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasında bildirilir ki, saxlanılan şəxsin dərhal azad edilməsi üçün həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sərəncamında olan bütün digər vasitələrdən fəal istifadə olunub. Teraşvili bu gün Erqneti keçid məntəqəsində DTX nümayəndələrinə təhvil verilib.

“Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür. Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edəcək”, - DTX-nın bəyanatında deyilir.

Aprelin 30-da Rusiya işğalçı qüvvələri Karelinin Dvani kəndi yaxınlığında Gürcüstan vətəndaşları Çito Axalkatsi və Qoça Mamaqulaşvilini həbs ediblər. Onların qanunsuz saxlanması da mal-qara otararkən baş verib. Onların hər ikisi mayın 3-də sərbəst buraxılıb.

Aprelin 21-də işğalçılar Çvrini kəndi yaxınlığında ər-arvad Mevlud Xarazişvili və Elza Qoqaladzeni qaçırmağa cəhd ediblər, bu zaman kişini təpik və silahın qundağı ilə döyüblər.

Aprelin 17-də Dvani kənd sakini Dimitri Mamaqlulaşvili həbs edilib. O, həmkəndliləri ilə birlikdə kənd kilsəsində Pasxa bayramını qeyd edirdi. Mamaqulaşvili aprelin 20-də, de-fakto məhkəmə tərəfindən dövlət sərhədini pozduğuna görə cərimələndikdən və “respublikadan” qovduqdan sonra Gürcüstan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Cənubi Osetiyanın de-fakto Dövlət Təhlükəsizlik Komitəsi bildirir ki, apreldə ümumilikdə 45 nəfər həbs edilib - onlardan 21 nəfər qondarma dövlət sərhədi rejiminin pozulmasına görə, 24 nəfər isə sərhəd rejiminin pozulmasına görə həbs edilib. “25 nəfər barəsində inzibati cərimə tətbiq edilib, 3 nəfər inzibati qaydada xaric olunaraq cərimələnib, 15 nəfərə xəbərdarlıq edilib, iki nəfər barəsində isə inzibati icraata xitam verilib”, - komitədən bildirilib.

Çxinvali həbsxanasında qanunsuz 5 Gürcüstan vətəndaşı saxlanılır, onların arasında 2021-ci ilin dekabrında Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs edilmiş keçmiş hərbi qulluqçu Mamuka Çxikvadze də var. Qondarma sərhədi qanunsuz keçməklə yanaşı, o, narkotik qaçaqmalçılığında ittiham olunur. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5,6 il müddətinə azadlıqdan məhrum edib, onun yerli vəkili ondan apellyasiya şikayəti verib və qanunsuz cəza 3,8 ilə endirilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur