Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın ABŞ tərəfindən sanksiyaya məruz qalmış keçmiş baş prokurorunun Gürcüstan banklarındakı hesablarının dondurulmasının konstitusiyaya zidd olduğunu bəyan etdikdən sonra Gürcüstan Milli Bankı sanksiyaların tətbiqi qaydalarını dəyişib. Milli Bank artıq kommersiya banklarını Partsxaladzeyə qarşı sanksiyalar tətbiq etməyə məcbur etmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Partsxaladzenin maraqlarına uyğunlaşdırılmış və sentyabrın 19-da “Qanunvericilik Məcmuəsi”ndə dərc edilmiş sərəncamı Milli Bankın prezidenti vəzifəsini icra edən, keçmiş iqtisadiyyat naziri Natela Turnava imzalayıb.
Sərəncamda deyilir:
“Gürcüstan vətəndaşları ilə bağlı istisnalar:
1. Bu qaydada nəzərdə tutulmuş sanksiya rejimləri aşağıdakılara şamil edilir:
a) Gürcüstan vətəndaşı barəsində, əgər ona tətbiq edilmiş sanksiyaların əsası ilə əlaqədar Gürcüstan məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş hökm çıxarılıbsa;
b) Gürcüstanda qeydiyyatdan keçmiş, hissəsi sanksiyaya məruz qalmış Gürcüstan vətəndaşına (vətəndaşlarına) məxsus olan (sahibi) hüquqi şəxs haqqında, əgər tətbiq edilmiş sanksiyalar əsasında Gürcüstan məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş hökmü çıxarılmışdırsa.
2. Gürcüstan Milli Bankı nəzarət prosesi zamanı cinayət əlamətləri aşkar edilərsə, əlavə tədbirlər görülməsi üçün dərhal müvafiq orqanlara məlumat verməyə borcludur”, - sərəncam dərc edildikdən dərhal sonra, yəni bu gündən qüvvəyə minəcək.
Sentyabrın 18-də Milli Bank elan edib ki, “Gürcüstanın maliyyə sektoruna ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən sanksiya tətbiq edilən şəxslər siyahısına (SDN list) daxil edilmiş şəxslər üçün müəyyən edilmiş tələbləri nəzərə almaq tapşırılıb ki, bu da sanksiyaya məruz qalan şəxslər tərəfindən aktivlərə əlçatanlığı və maliyyə əməliyyatlarının həyata keçirilməsin məhdudlaşdırır”.
Sentyabrın 14-də məlum olub ki, ABŞ Gürcüstanın keçmiş baş prokuroru Otar-Partsxaladzeyə qarşı sanksiyalar tətbiq edib. Dövlət Departamentinin sənədində Partsxaladzenin adı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin [FSB] Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işlədiyi gürcü-rus oliqarxı kimi göstərilir.