Milli komandanın futbolçuları və məşqçiləri “Şərəf” ordeni ilə təltif olunacaqlar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan və Yunanıstan yığmaları arasında keçirilən final oyununa çağırılan Gürcüstan yığmasının 26 futbolçusu, həmçinin komandanın məşqçilər korpusu və federasiya rəhbərliyi “Şərəf” ordeni ilə təltif olunacaqlar. Bu barədə bu gün baş nazir İrakli Kobaxidze məlumat verib.

“Onlar həqiqətən layiqli insanlardır. Bu, onların ölkədən və dövlətdən ala biləcəkləri bir növ minimum dəyərdir. Sizi bir daha təbrik etmək, futbolçularımızı, millimizi və federasiyanı təbrik etmək istəyirəm. Əminəm ki, qarşıda bizi daha çox qələbələr, uğurlar gözləyir. Milli komandamıza Avropa çempionatında uğurlar arzulayıram. Bu gün futbol yeganə aktual mövzudur, ona görə də başqa məsələlərlə bağlı açıqlama verməyə dəyməz deyə düşünürəm”, - Kobaxidze hökumətin iclası başlamazdan əvvəl deyib.

Baş nazir və parlament sədrinin imzaladığı rəsmi təqdimat artıq Gürcüstan prezidentinə göndərilib. “Şərəf” ordeninə aşağıdakı kəslar təqdim edilib:

Gürcüstan milli komandasının tərkibi: Qiorqi Mamardaşvili, Qiorqi Loria, Luka Quqeşaşvili, Solomon Kverkvelia, Saba Sazonov, Quram Kaşaia, Qiorqi Qvelesiani, Laşa Dvali, Luka Loçoşvili, Otar Kakabadze, Qiorqi Qoçoleişvili, Vladimer Mamuçaşvili, Levan Şenqelia, Qiorqi Tsitiaşvili, Otar Kiteişvili, Nika Kvekveskiri, Qiorqi Çakvetadze, Sandro Altunaşvili, Qiorqi Koçoraşvili, Caba Kankava, Anzor Mekvabişvili, Zuriko Davitaşvili, Xviça Kvaratsxelia, Qiorqi Mikautadze, Budu Zivzivadze, Qiorqi Kvilitaia;

Milli komandanın məşqçiləri: Vili Sanioli, Adel Şedli, Zurab Xizanişvili, Davit Qvaramadze, İrakli Çitauri, Levan Zamtaradze, Fabien Bosue, Deyvid Veb;

Həmçinin, Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, baş katib Davit Muciri, birinci vitse-prezident Kaxa Çumburidze, vitse-prezidentlər - Nikoloz Jğarkava, Aleksandre İaşvili, Akaki Aladaşvili və texniki direktor Zaza Zamtaradze.

Yığmanın heyəti: Qiorqi Katsitadze, Vladimir Dvalişvili, Davit Xarabadze, Qiorqi Çanqlia, Mixeil Abramişvili, Qiorqi Bjalava, Tenqiz Qulbiani, Qiorqi Koçladze, Qriqol Lejava, Qela Quçua, Qiorqi Tuqadze, Konstantin Tedeluri.

Martın 26-da Gürcüstanın futbol komandası Yunanıstanı penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. 

“Gürcüstanın dövlət mükafatları və premiyaları haqqında” qanuna əsasən, “Şərəf” ordeni Gürcüstan dövlətinin yenidən qurulmasında xüsusi xidmətlərinə - idarəçilik, müdafiə, asayişin möhkəmləndirilməsi, iqtisadiyyat, səhiyyə, mədəniyyət, təhsil, elm, incəsənət və ya ədəbiyyat, idman nailiyyətləri, qəhrəmanlıq və fədakarlığa görə verilir. Bu yaxınlarda prezident mütləq döyüş çempionatı “UFC”nin yüngül çəki dərəcəsinin qalibi gürcüstanlı peşəkar döyüşçü İlia Topurianı fəxri fərmanla təltif edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur