Gürcüstanın Mərkəzi Seçki Komissiyası “Gürcü İdeyası” partiyasının seçki subyekti olaraq qeydiyyatı prosesini dayandırıb. “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun ləğvindən sonra rusiyayönlü partiyanın liderləri “Gürcü İdeyası” adı ilə parlament seçkilərində iştirak etmək qərarına gəlmişdilər və deyirdilər ki, bunun üçün MSK-ya 70 min tərəfdarın imzasını da təqdim etmişdilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Alt İnfo”nun liderlərindən biri Zurab Maxaradze MSK-nın məktubunu yayımlayıb, hansı ki, məktubda deyilir ki, Aprelin 23-də Milli Dövlət Reyestri Agentliyinə Korrupsiyaya Qarşı Mübarizə Bürosundan vətəndaşların “Gürcü İdeyası” siyasi birliyinin qeydə alınmış məlumatlarının qanunvericiliyə uyğunluğunun araşdırılması ilə bağlı şikayət daxil olub. MSK izah edir ki, seçkilərin qeydiyyatı prosedurlarını problem həll olunana qədər dayandırır.
“MSK bizə bildirdi ki, 70 min imzanı saymayacaq, çünki reyestr də “Gürcü ideyası”nın ləğvi prosesinə başlayıb. Biz əlimizdən gələni edəcəyik ki, insanların “Naç” və “Koç”dan əlavə seçim imkanı olsun, amma xalq da qərar verməlidir ki, belə bir seçki istəyir ya yox. Əgər hüquq istəyirsənsə, bunun üçün nəsə etməlisən”, - “Alt İnfo”nun liderlərindən biri Zurab Maxaradze deyir.
Rusiyayönlü qüvvələrin digər lideri Şota Martınenko bildirib ki, dövlət reyestrinin məlumat bazasında “gürcü ideyası” ilə bağlı heç bir şikayət qeydə alınmayıb:
“Şikayət verildiyi halda qanun reyestri şikayəti dərhal məlumat bazasında əks etdirməyə məcbur edir. Bu anlaşılmaz məzmunlu şikayət əslində, sadəcə olaraq, “Gürcü Arzusu”nun məmurlarının yeni “Alt İnfo” partiyasını növbəti dəfə dərhal əngəlləmək üçün uydurduğu mövcud olmayan farsdır. Sadəcə bizi bloklayırlar. Faktiki olaraq “oçneba” bütün hədləri aşıb, qanunda mövcud olan imkanlardan kənara çıxıb, Şimali Koreya prosesindən keçir”, - Martinenko qeyd edib.
Üç gün əvvəl keçirilən qurultayda Qiorqi Kardava “Gürcü İdeyası” partiyasının sədri seçilib. Bundan əvvəl o, “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun sədri olub. Bu dəyişiklik hələ ki, partiyaların reyestrində öz əksini tapmayıb və qeydiyyat çıxarışında hələ də Levan Çiçua “Gürcü İdeyası”nın sədri kimi qeyd olunub.
Təxminən üç il əvvəl Milli Dövlət Reyestr Agentliyi tərəfindən siyasi partiya kimi qeydiyyata alınan “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” aprelin 8-də həmin qurumun qərarı ilə ləğv edildi. Reyestrdə korrupsiyaya qarşı mübarizə bürosunun müraciəti əsasında partiyanın qeydiyyatının qanuniliyi yoxlanılıb və partiya rəhbərliyi tərəfindən 2021-ci il dekabrın 6-da qeydiyyatdan keçmək üçün təqdim edilmiş təsis sənədlərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyi müəyyən edilib. Xüsusən, qurultayda nizamnamə təsdiq olunmayıb.
“Alt Info” liderləri bildirmişdilər ki, “Gürcü Arzusu” öz nəzarətində olan dövlət reyestri vasitəsilə qanunu kobud şəkildə pozaraq onların partiyasını ləğv edib ki, “mühafizəkar qanadda fəaliyyət göstərən ən güclü və nüfuzlu partiya” parlament seçkilərində iştirak edə bilməsin. Aprelin 13-də “Alt İnfo” Tbilisidə “Gürcü Arzusu”nun baş ofisi yaxınlığında etiraz aksiyası keçirib. Elə oradaca Zurab Maxaradze onlara “Gürcü İdeyası” partiyasının hədiyyə edildiyini açıqladı. Rusiyayönlü, anti-Qərb və homofob mesajları ilə seçilən “Gürcü İdeyası” siyasi birliyi 2014-cü ildə qeydiyyatdan keçib.