Xüsusi İstintaq Xidməti “Mtavari Arxi”nin jurnalisti və operatoruna qarşı zorakılıq edən iki nəfəri saxlayıb. Dünən, iyulun 25-də Lado Menabde və Manuçar Xavanadze Lançxuti bələdiyyəsinin Supsa kəndində reportaj üzərində işləyərkən naməlum şəxslərin hücumuna məruz qalıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, telekanalın əməkdaşları Supsada yaşayan qardaşlar tərəfindən şifahi və fiziki təzyiqlərə məruz qalıblar.
“Təqsirləndirilən V.İ. onları şifahi və fiziki təhqir edib. Eyni zamanda jurnalist V.İ.-nin qardaşı A.İ. tərəfindən fiziki təzyiqə məruz qalıb, o, onun baş və üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirib, nəticədə Vladimir Menabde fiziki ağrılar hiss edib və dodaq nahiyəsindən xəsarət alıb. A.İ, həmçinin “Mtavari Arxi” teleşirkətinin videokamerasını zədələyib, jurnalisti və operatoru şifahi təhqir edib”, - deyə Xüsusi İstintaq Xidmətindən bildirilib.
Qardaşlar Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni şəxsi peşə fəaliyyəti ilə əlaqədar zorakılıq və ya zorakılıq hədəsi ilə saxlanılıblar. Cinayət cərimə, bir ildən iki ilədək müddətə ev dustaqlığı və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xüsusi İstintaq Xidməti tərəfindən dindirildikdən sonra Lado Menabde maddənin ağırlaşmasını gözlədiyini söyləyib, çünki “söhbət zorakılıq və həmçinin, başqalarının əmlakına ziyan vurmaqdan gedir”.