Lançxuti bələdiyyəsinin Supsa kəndində “Mtavari” televiziya şirkətinin müxbiri Lado Menabde və operator Manuçar Tşavanadze hücuma məruz qalıb. Bu barədə məlumatı “Mtavari Arxi” yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Televiziya şirkətinin məlumatına görə, çəkiliş qrupu Supsada süjet hazırlayırmış və hücumdan bir qədər əvvəl polis idarəsi ilə işləyirmiş.
“Biz mərkəzdə dururduq. Əvvəlcə bir nəfər maşınla gəlib bizi təhqir etdi, “Mtavari Arxi”ni söyməyə başladı, sonra isə müəyyən şəxsləri söyməyə başladı. Məsələnin nə yerdə olduğunu anladığımız üçün əhəmiyyət vermədik. Sonra maşından düşüb bizi söyməyə başladı. Buna fikir verməsək də, gəlib üzümə tüpürüb vurdu. Əlindən tutub maşına tərəf çevirdim. Həmin vaxt bizə dörd nəfər hücum çəkdi. Görünür, hadisələrin inkişafına hazır idlər. Bizə fiziki təzyiq göstərdilər və kameranı sındırdılar”, - Lado Menabde deyir.
“Mtavari Arxi”nin müxbiri deyir ki, hücum edənlər onun baş nhiyəsinə xəsarət yetirib və bu səbəbdən təcili tibbi yardım çağırıb.