“Nə Rusiyanın mövqeyində, onun dəmir yolu istəməsi ilə bağlı nə də, Gürcüstanın mövqeyində, bu məsələnin müzakirə olunmayacağı ilə bağlı heç bir yenilik yoxdur. Qalan hər şey konspirasiyadır”, - deyə parlamentin sədri Şalva Papuaşvili Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Abxaziya dəmir yolunun bərpası məsələsi ilə bağlı bəyanatını şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Papuaşvili bu məsələ ilə bağlı Rusiya hakimiyyəti ilə hər hansı əlaqəni inkar edir və deyir ki, hətta Cenevrədəki beynəlxalq müzakirələr formatında belə dəmir yolunun bərpası barədə heç bir söhbət olmayıb.
“Biz öz siyasətimizə və ölkəmizin maraqlarına uyğun şəkildə hərəkət edirik”, - deyə parlament sədri jurnalistlərə bildirib.
Şalva Papuaşvilinin sözlərinə görə, bu mövzuda verilən suallar müəyyən danışıqların, təklifin, imtinanın və ya razılığın olduğunu nəzərdə tutur.
“Bu məsələ ilə bağlı heç bir təmas və ünsiyyət yoxdur... Ümumiyyətlə, işğal olunmuş ərazilərlə bağlı məsələlərin yalnız bir formatı var - Cenevrə danışıqları, burada tərəf kimi işğal olunmuş ərazilər deyil, Rusiya təmsil olunur. Heç nə təklif etməyiblər, ümumiyyətlə, bu barədə söhbət belə olmayıb. Bu, sadə mövqedir - nə qədər ki, bu ərazilər işğal altındadır, təbii ki, bu barədə danışmaq yersizdir”, - Şalva Papuaşvili bildirib.
Mariya Zaxarova iyunun 28-də Rusiya Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib ki, Rusiya Ermənistanla, işğal olunmuş Abxaziya üzərindən dəmir yolu daşımaları planının həyata keçirilməsi üzərində “gündəlik rejimdə” işləyir. “Biz planlaşdırılan genişmiqyaslı “yol xəritəsini” həyata keçirmək üçün səylərimizi əsirgəməyəcəyik”, - Zaxarova bildirib.
May ayında, Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi bərpa edildikdən və Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edildikdən sonra Rusiya Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katirin işğal olunmuş Abxaziya ərazisində dəmir yolu tranzitinin başlanmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, bu, “Zemo Lars”ın sərhəd-keçid məntəqəsini yükünü yüngülləşdirəcək və onun həcminin artırılması hesabına çatdırılan malların dəyərini aşağı salacaq.
Rusiya, Gürcüstan və Ermənistanı birləşdirən dəmir yolu Abxaziya müharibəsindən sonra, artıq fəaliyyət göstərmir.