“İmedi” teleşirkətinin sahibi İrakli Ruxadzenin sözlərinə görə, onlar “Vahid Milli Hərəkat”ın hakimiyyətə qayıtmasına imkan verməyəcəklər və nə qədər ki, bu partiya var, qütbləşmə olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ruxadze bu barədə media menecerləri ilə “Milli Demokratiya İnstitutu”nun (NDI) müşahidə missiyasının nümayəndələri arasında keçirilən görüşdən sonra açıqlama verib.
“Nə qədər ki, “Milli Hərəkat” var və “Milli Hərəkat”da da bir vaxtlar onun tərkibində olan partiyaları, eynilə “formula”nın arxasında duranları, “Mtavari Arxi”nin arxasında duranları, “Tabula”nın arxasında duran insanları nəzərdə tuturam, o vaxta qədər bizdə qütbləşmə olacaq, çünki onlar ölkənin 1/10 hissəsi həbs ediblər”, - İrakli Ruxadze iclası tərk etdikdən sonra jurnalistlərə bildirib.
“Formula” teleşirkətinin “İmedi”nin efirinə müxalif siyasətçilərin dəvət olunub-olunmayacağı ilə bağlı sualına cavab olaraq Ruxadze bildirib ki, o, “İmedi”nin sahibidir, direktoru deyil.
“Tramp da getmir, debatlarda da iştirak etmir, amma Amerika seçkilərində əla çıxış edir. Mən kimin niyə gedib, kimin niyə gəlmədiyini deyə bilmərəm. Mən, məsələn, “Formula”nın sahibini “İmedi”yə ayaq basmağa qoymayacağam, heç vaxt. Xanım Qiuli Alasania “Mtavari Arxi”nin ortaq sahiblərindən biridir və təbii ki, mən onun və onunla əlaqəli olanları “İmedi”yə ayaq basmağa qoymayacağam. Qiorqi Vaşadzeyə ayaq basmağa qoymayacağam. O, reyestr müdiri olanda hər şeyimi, məhz ona görə itirmişəm. Məni, Amerika vətəndaşını, Amerika Samoası vətəndaşına çevirdilər və aktivlərimi itirdim. Qiorqi Vaşadzenin ora ayaq basmasına necə imkan verə bilərəm?!
Nə qədər ki, Mixeil Saakaşvili, onun partiyası, Vaşadzelər və başqaları var, qütbləşmə olacaq, çünki biz bu insanların geri qayıtmasına imkan verə bilmərik. Ona görə ki, n edəcəklərini dəqiq bilirəm, o filmi görmüşəm. Saakaşvilinin dövründə heç biriniz mövcud olmazdınız. İndiki varsınız, bu, sadəcə və sadəcə “Gürcü Arzusu”nun sayəsindədir.
2008-ci ildə “İmedi”ni mənim əlimdən aldılar. Kezeraşvili bizimlə görüşdü, mənə dedi ki, “Borjomi”ni mənim dostumun adına keçirməlisən. Mən imtina etdim və ertəsi gün maşınımı partlatdılar. Bu adam siyasətə qayıtmamalıdır”, - “İmedi”nin sahibi bildirib.
Media menecerlərinin sözlərinə görə, İrakli Ruxadze NDI nümayəndə heyəti ilə görüşdə siyasi bəyanatlar verib. “Mtavari Arxi”nin baş direktorunun müavini Nino Nakaşidzenin sözlərinə görə, Ruxadze hökuməti tənqid edən medianı söyüb: “O, bizi və digər KİV-ləri ittiham etdi ki, biz yalnız siyasi məqsədlər güdürük və yalan danışırıq. Mənə ən çox təsir edən Lekso Laşkaravanın həddindən artıq dozadan öldüyünü söyləməsi oldu. O, əsasən hamımızı söyürdü və Saakaşvilinin dövründən danışırdı”, - Nakaşidze bildirib.
NDI nümayəndə heyəti hökumət, siyasi partiyalar, vətəndaş sektoru, media və diplomatik korpus nümayəndələri ilə görüşür. Beynəlxalq təşkilatın Gürcüstan ofisi izah edib ki, 2024-cü il parlament seçkilərinə qədər nümayəndə heyətinin üzvləri ümumi siyasi mühiti və seçkiqabağı proseslərə təsir edə biləcək amilləri qiymətləndirəcəklər. Nümayəndə heyəti əsas qənaətləri hesabat şəklində dərc edəcək və o vaxta qədər mediaya hər hansı şərh verilməyəcək.