Milli Demokratiya İnstitutunun (NDI) nümayəndə heyəti seçkiqabağı beynəlxalq müşahidə missiyasına başlayır. Missiya çərçivəsində nümayəndə heyəti beş gün ərzində hökumət, siyasi partiyalar, vətəndaş sektoru, media və diplomatik korpus nümayəndələri ilə görüşlər keçirəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nümayəndə heyətinin üzvləri 2024-cü il parlament seçkiləri öncəsi ümumi siyasi mühiti və seçkiqabağı proseslərə təsir edə biləcək amilləri dəyərləndirəcəklər.
“Nümayəndə heyəti seçki administrasiyası, vətəndaşların iştirakı, gender və inklüzivlik məsələləri, siyasi partiyalar və təşviqat prosesi kimi mühüm mövzuları nəzərdən keçirəcək. Görüşlər “NDI” seçkiqabağı müşahidə prosesinin birinci mərhələsidir. Sözügedən prosesə əlavə olaraq ikinci seçkiqabağı nümayəndə heyəti, uzunmüddətli müşahidəçilər qrupu və seçki günü müşahidə heyəti daxildir”, - “NDI”ınGürcüstan ofisi izah edir.
Görüşlərə İsveçin keçmiş xarici işlər naziri An Linde, Aİ-nin Gürcüstandakı nümayəndə heyətinin keçmiş rəhbəri Per Eklund, Dövlət Departamentində Demokratiya, İnsan Haqları və Əmək Bürosu katibinin keçmiş köməkçisi Maykl Pozner, Senatın Xarici Əlaqələr Komitəsi sədrinin ofisində qanunvericilik və siyasət üzrə analitik Daniel Qotfrid , “NDI” Avrasiyanın regional direktoru Eva Buja və “NDI”ın Seçki Proqramları üzrə Qlobal Direktoru Riçard Klein rəhbərlik edəcəklər. Görüşlərdə “NDI” Gürcüstanın ofisinin direktoru Alan Gillam da iştirak edəcək.
Görüşlərdən sonra “NDI”ın nümayəndə heyəti seçkiqabağı mühitin qiymətləndirilməsinin əsas nəticələrini hesabat şəklində dərc edəcək.
“NDI”ın məlumatına görə, seçkiqabağı müşahidə missiyası konstruktiv tövsiyələr verməklə Gürcüstanın demokratik inkişafına və Gürcüstan əhalisinin Avropa və Avro-Atlantik inteqrasiyasına dəstək vermək məqsədi daşıyır. Eyni zamanda, beynəlxalq ictimaiyyətin seçki prosesində iştirak edən bütün subyektlərin demokratik seçkilərin və siyasi proseslərin bütün prinsiplərinə əməl edəcəyinə dair gözləntilərini ifadə edir.
Proqram Seçkilərin və Siyasi Proseslərin Gücləndirilməsi üzrə Konsorsium (CEPPS) çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.