Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “NATO”nun baş katibi Yens Stoltenberqin Azərbaycan, Gürcüstan və Ermənistana səfərini şərh edərək bildirib ki, “NATO”nun Qafqazda genişlənməsi səyləri regiona sabitlik gətirməyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
““NATO”nun Qafqazda mövcudluğunu gücləndirmək üçün ümumi istəkləri bizə yaxşı məlumdur və necə deyərlər, adi gözlə belə görünür. Biz onu da başa düşürük ki, “NATO”nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək səyləri Qafqazdakı vəziyyətin sabitliyinə və proqnozlaşdırıla bilənliyinə heç nə əlavə etməyəcək”, - Peskov bildirib.
Eyni zamanda, Peskov qeyd edib ki, Qafqaz ölkələrinin belə təmaslarının olması üçün “suveren hüququ” var.
Martın 19-da “NATO”nun baş katibi Yens Stoltenberq üç günlük səfərini başa vurub, səfər zamanı Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə danışıqlar aparıb.
Stoltenberq fevralın 18-də Tbilisidə olub. O, prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşüb. Kobaxidze ilə görüşdən sonra baş katib qeyd edib ki, “NATO” daha güclü demokratiya və tam avroatlantik inteqrasiya yolunda Gürcüstanın yanındadır. Onun sözlərinə görə, Gürcüstan üçün yerli islahatların, demokratik dəyərlərin və qanunun aliliyinin gücləndirilməsini davam etdirməsi vacibdir, o cümlədən bu ilin oktyabrında azad və ədalətli parlament seçkiləri vasitəsilə.