Səhiyyə Nazirliyindən verilən məlumata görə, hələlik istinad qiyməti tətbiq edilməyən dərman vasitələri apteklərdə idxal qiymətindən 32 dəfə baha, bəzi hallarda 1000%, 2000% və 3000% qiymət əlavəsi ilə satılır. Məsələ öyrənilməsi üçün Milli Rəqabət Agentliyinə ötürüləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Söhbət Rusiya, Hindistan, Türkiyə və bir neçə Aİ ölkələrindən gətirilən müxtəlif dərmanlardan gedir: “Oflab-Oz” (34,58 lari), “İoril-10” (23,81 lari), “Adazal-Neo” (12,6 lari), “Dozilax” (81,3 lari) , “Zinasen” (45,3 lari), “Lornicus” (22 lari), “Tribux Forte” (43,5 lari), “Diovan” (31,7 lari), “Biseptol” (10,2 lari), “Treparin” (116,3 lari), “Haizin” (15,72 lari), “Floksazol” (43,38 lari), “Etricib” (22,74 lari), “Ariprada” (15 lari), “Pitavastatin Normon” (75,5 lari), “Depreram” ( 47,2 lari), “Eritromisin” (18,1 lari), “Hidrokortizon” (4,9 lari), “Admiral” (30,9 lari), “Luteina” (75,6 lari).
Nazirlikdən verilən məlumata görə, iri əczaçılıq şəbəkələrində dərman vasitələrinin qiyməti demək olar ki, eynidir və bu səbəbdən qurum əczaçılıq şirkətləri arasında ədalətsiz razılaşmanın olması və dominant mövqedən düzgün istifadə olunmaması ilə bağlı “əsaslı şübhələr” ifadə edir.
“Dərmanların qiymətinin süni şəkildə artırılması yolverilməzdir. Mövcud ədalətsiz qiymətlər və qeyri-sağlam rəqabətlə sektor maksimum qazanc əldə etmək üçün vətəndaşlara ziyan vurur. Aydındır ki, bazarda fəaliyyət göstərən iri iqtisadiyyat subyektləri arasında dərman vasitələrinin sərbəst qiymət formalaşması yoxdur və razılaşma əsasında sağlam rəqabət məhdudlaşdırılır. İri əczaçılıq şirkətlərinin apardığı qiymət siyasətlərində kartel sövdələşmələrinin əlamətləri var”, - deyə Səhiyyə Nazirliyi bildirib və yaxın gələcəkdə bu dərmanlara istinad qiymətləri təyin etmək niyyətindədirlər.
“PSP Pharma” hökuməti qeyri-dəqiq məlumat dərc etməkdə ittiham edir. Şirkətin verdiyi açıqlamaya görə, bu gün Gürcüstanda 50-dən çox GDP (Yaxşı Distribusiya Təcrübələri) sertifikatlı distribyutor şirkəti və 100-dən çox broker fəaliyyət göstərir. Onlar böyük əczaçılıq zəncirlərinin təchizatçılarıdır. “PSP” izah edir ki, Nazirliyin dərc etdiyi dərmanlar siyahısından yalnız bir dərman - “Diovan” onlar tərəfindən idxal olunur, digərləri isə yerli təchizatçılardan alınır.
“Diovan”ın qiyməti 26% təşkil edir, bütün digər dərmanlar üzrə qiymət artımı 3000% olmasa da, marja 29%-i keçmir”, - əczaçılıq şirkəti bildirir.
Səhiyyə Nazirliyi bir neçə ay əvvəl “Aversi Pharma”, “Pharmadepo”, “Jipsi”, “Mermisi” MMC və “PSP Pharma” apteklərini onkoloji dərmanların qiymətini süni şəkildə artırmaqda ittiham etmişdi. Üstəlik, baş nazir İrakli Ğaribaşvili müxalifətçi deputat Kaxa Okriaşviliyə məxsus “PSP”nin 200-300% mənfəət marjası əldə etdiyini bildirib. Bu məsələ də araşdırılması üçün Rəqabət Agentliyinə verilib, lakin, ittihamın üstündən 9 ay keçsə də, istintaqın nəticəsi hələ məlum deyil.
Səhiyyə Nazirliyi 2022-ci il yanvarın 1-dən dərman vasitələrinə istinad qiymətlərini müəyyən edir ki, bu da dərman vasitələrinin satışının qadağan olunduğu qiymətin yuxarı həddini bildirir. Bu mərhələdə istinad qiymət 3200-dən çox dərman vasitəsinə şamil edilir.