Milli Qida Agentliyi “Nikora” mağazalar şəbəkəsinin hazır yeməklərinin istehsalı prosesini dayandırıb. Yoxlama 8 nəfərin “Nikora” marketlərdən aldığı hazır yeməkdən zəhərlənməsindən sonra aparılıb. Onlarda yoluxucu xəstəlik “salmonellyoz” aşkarlanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qurumdan verilən məlumata görə, aparılan epidemioloji araşdırmalar nəticəsində xəstələrin qida kimi “Nikora Trade”nin ərzaq mağazalarından aldıqları “Kiev kotleti”ni qəbul etdikləri müəyyən edilib.
Mütəxəssislər Tbilisinin Ağmaşenebeli xiyabanında və Xomleli küçəsində yerləşən “Nikora Trade” ərzaq mağazalarını yoxlayıblar.
“Qurumun müfəttişləri laboratoriya tədqiqatları üçün qida nümunələri götürüblər və onlarda patogen mikroorqanizm “salmonella”nın olduğu müəyyən edilib. Nəticədə “Nikora Trade” ASC-nin hazır yemək istehsalına cərimə tətbiq edilib və kritik uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb. 20 kq patogenlə çirklənmiş toyuq filesi, adıçəkilən toyuq filesinin istifadə olunduğu 100 kq müxtəlif növ ərzaq məhsulları və 22 kq “Kiyev Kotleti” götürülüb və müvafiq qaydalara uyğun məhv ediləcək. Yoxlanılma məqsədilə Milli Qida Agentliyi xammal idxal edən şirkətdə də dövlət nəzarətini həyata keçirəcək”, - deyə qurumdan bildirilib.
“Nikora Trade” 8 nəfərin yeməkdən zəhərləndiyini təsdiqləyib.
“Milli Qida Agentliyi bir neçə nəfərin qidadan zəhərlənməsi faktı ilə bağlı bizimlə əlaqə saxladı. Məlum olub ki, onların hamısı qida kimi “Kiev kotleti” qəbul ediblər. Məlumatı əldə olunan kimi qurumun bütün göstərişlərini dərhal yerinə yetirdik, onlarla fəal əməkdaşlıq etdik, səbəbin harada olduğunu müəyyən etdik və kotletlərin istehsalında istifadə olunan “Qrako” toyuq filesini müəyyən etdik. Bizi sonuncu ilə “Geo Distribution” şirkəti təmin edirdi. Təbii ki, hadisə ilə bağlı sözügedən şirkətə məlumat verdik və dərhal həmin partiyanı istifadədən çıxardıq. Hazır yemək müəssisəsi kiçik olduğundan bu məhsul yalnız bir neçə filiala verilirdi və problemin miqyası çox azdır”, - “Nikora”nın yaydığı məlumatda deyilir.