Daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “nazir saatı” formatında çıxış edərkən Tamaz Qinturinin Rusiya işğalçı qüvvələri tərəfindən öldürülməsini “vəfat” adlandırıb və bildirib ki, hadisədən sonra Daxili İşlər Nazirliyi işğal xətti boyunca “yenə nələrisə” gücləndirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Reydlər gedir [işğal xətti boyunca] və çoxlu işlər görülür. Biz nəyin edildiyi və necə edildiyi barədə həmişə açıq danışa bilmərik. Bildiyiniz kimi, işğal xətti var. Tsxinvali istiqamətində işğal xətti 400 kilometrə yaxındır. Dəfələrlə, bəlkə də onuncu dəfədir danışıram ki, 100% qapamaq fiziki cəhətdən mümkün deyil, nə qədər pul versələr də... onda biz Daxili İşlər Nazirliyi 40 000 yox, 100 000 olmalıyıq. Bəli, biz bunu edəcəyik, laklin, bu, fiziki olaraq baş tutmayacaq”, - Qomelauri müxalifətin işğal xətti boyunca patrul xidməti və qanunsuz həbslərin qarşısının alınması ilə bağlı sualını cavablandırıb.
Vaxtanq Qomelaurinin sözlərinə görə, nəinki Gürcüstanın Daxili İşlər Nazirliyi “hətta Amerika Birləşmiş Ştatları da sərhədi tam qoruya bilmir” və “bu, normal haldır”.
“Düşünürəm ki, sərhədlər yalnız Şimali Koreyada 100% bağlıdır. Dünyada elə bir ölkənin adını çəkə bilməzsiniz ki, sərhədləri, 100% bağlı olsun, xüsusən də işğal xəttidirsə, ora vətəndaşlarımızın bir qismi keçir, qohum-əqrəbaları var, bir qismi qəbiristanlığa gedir və təəssüf ki, buraxılmırlar və saxlanılırlar. Qarşımızdaki problem budur. Bunu necə edilə biləcəyi barədə bir yol bilirsinizsə, sizdən eşitmək istərdim. Nə bilim, on ildir ki, rəhbər şəxsəm, iki il daxili işlər nazirinin müavini olmuşam və o istiqamətə rəhbərlik etmişəm. Bizim çoxlu məlumatımız var və biz nəinki gürcülərlə, o cümlədən tərəfdaşlarımızla çox işləmişik. Elə bir çıxış yolu ki, bunu etsək və 100% bağlı olacaq (sərhəd) mən bilmirəm. Bizə heç kim deyə bilmir.
Mən başa düşürəm ki, biz daha çox şey edə bilərik. Halbuki o vəfatdan sonra bir az daha əlavə etdik, bəzi şeyləri gücləndirdik, amma indi açıq danışmaq istəmirəm. Onda, biryolluq, bilavasitə işğalçılara nə etdiyimizi və necə etdiyimizi bildirəcəyəm. Mümkün qədər kameralar da quraşdırılıb, nəzarət var, lakin bir kamera təkbaşına adamı tərpətməyə və ya həbs etməyə kömək edə bilməz. Təəssüf ki, hadisə baş verən istiqamətdə, bilirsiniz, bizim orada səlahiyyətimiz yoxdur - nə istintaq apara bilirik, nə ekspertiza apara bilirik, nə də Tsxinvalidə heç kimi həbs edə bilmirik. Bu, yeni və ilk hal deyil, ilk olaraq mənim nazirliyim zamanı baş verən bir şey də deyil. 2012-ci ilə qədər də var idi və bu gün də belədir”, - Vaxtanq Qomelauri bildirib
58 yaşlı Tamaz Qinturi 2023-cü il noyabrın 6-da Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında, işğal xəttinin yaxınlığında rus əsgərləri tərəfindən qətlə yetirilib. Onun kürəyinə iki güllə tuş gəlib. Onunla birlikdə eyni kənddə yaşayan 33 yaşlı Levan Dotiaşvili 4 gün ərzində həbsdə qalıb. Noyabrın 7-də Tsxinvali televiziyası Tamaz Qinturi və Levan Dotiaşvilinin işğal xəttinin o tayında qalmış Lomisi kilsəsinin qapısını necə açdığını göstərən video yayımlayıb. Bir neçə ay əvvəl işğalçılar kilsənin qapısını qalay ilə bağlamışdılar ki, ziyarətçilər içəri girə bilməsinlər.
Noyabrın 9-da Tsxinvalinin de-fakto hakimiyyəti Levan Dotiaşvilini azadlığa buraxıb. O deyib ki, Lomisi kilsəsi yaxınlığında rus əsgərindən münaqişəsiz şəkildə ayrılıblar, lakin o, qəfil onu və Tamaz Qinturini təqib edərək onlara atəş açıb.
Qətlə yetirilən Tamaz Qinturi 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin iştirakçısı olub və mayor olub. Yerli sakinlər onun bu səbəbdən öldürüldüyünü düşünür.