Qori rayonunun Kirbali kəndində Tamaz Qinturinin rus əsgərləri tərəfindən qətlə yetirilməsinə şahidlik edən Levan Dotiaşvili mediaya hadisənin təfərrüatları barədə danışıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 4 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
“Qəbiristanlıqda 6 nəfər - mən, Valiko Dotiaşvili, Tamaz Qinturi, Vasiko Tsiotaşvili, Papitaşvili və Merab Datiaşvili içki içirdik. Bundan sonra dağılışdılq, iki maşınla getdik. Üçümüz bir maşınla kəndə, üçümüz Lomisaya şam yandırmağa getdik.
Biz kilsənin həyətinə çıxdıqda, kadrlarda da gördünüz, qapını açdıq. Biz ayrılarkən yalnız bir rus əsgəri gəlib xəbərdarlıq atəşi açdı. Mən ona, atəşə ehtiyyac yoxdur, gəl barışaq dedim. Bu rus əsgəri sakitləşdi, danışdıq, məndə kamera var dedi, onu çıxardı və bu vaxt Tamaz da danışmağa başladı. Normal, nə təşviş, nə münaqişə, heç nə, sakitcə danışırdıq.
Bundan sonra Tamaz mənə maşında otur dedi, mən də maşına oturdum, Tamazla sərhədçi söhbət edirdi. Tamaz maşına tərəf gəldi, oturdu, maşını tərpədən kimi 3 metr getmişdik ki, dərhal təkərlərə atəş açıldı. Atəş açılacağını gözləmirdik.
Biz uzaqlaşmağa başlayan kimi rus əsgəri atəş açaraq bizi təqib edirdi. Hardansa 15-20 metr getmişdik və Tamaz dedi ki, məni yaraladı.
Mən atıldım, Tamazı maşından düşürdüm. O huşunu itirdi. Rus əsgərinə dedim ki, təcili yardım çağıracağam. Təcili yardım çağırdım, sonra polis zəng etdi, harda, necə olduğumu dedim. Mən atəş açan şəxsi gördüm, lakin belə onun şəxsiyyətini müəyyənləşdirə bilmirəm. Həmin fotoları gördüm, amma tanıya bilmədim.
Bundan sonra, 5-6 dəqiqədən sonra digər rus əsgərləri gəldilər. Onlardan biri məni amansızcasına vurdu. Məni yerə yıxdı. Bu prosesdə artıq məni qandalladılar, meşə səmtinə aparırdılar və daha Tamazı görmədim. Yolda təhqirlər, zərbələr oldu. Hamısı silahlı idi, bəzisi silahın qundağı ilə, bəzisi əlləri ilə vururdu, bunu həqiqətən başa düşə bilmirdim”, - Dotiaşvili jurnalistlərə deyib.
58 yaşlı Tamaz Qinturi noyabrın 6-da rus əsgərləri tərəfindən qətlə yetirilib Onun kürəyinə iki güllə tuş gəlib. Onunla birlikdə olan həmin kənd sakini 33 yaşlı Levan Dotiaşvili 4 gün idi ki qaçırılmışdı. Noyabrın 7-də Tsxinvali TV Tamaz Qinturi və Levan Dotiaşvilinin yapışdırıcı maddə ilə bərkidilmiş kilsə qapısını necə açdığını göstərən video yayımlayıb. Kirbalidəki Lomisi kilsəsi işğal xəttindən o tayda yerləşir. Avqust ayında işğalçılar kilsənin qapısını qalay lövhə ilə bağlayıblar ki, ziyarətçilər içəri girə bilməsinlər. Qətlə yetiriliən Tamaz Qinturi 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin iştirakçısı olub və mayor olub. Elə buna görə də yerli əhali rus əsgərlərinin onu pusquya salaraq qəsdən öldürdüyünü düşünür. Kirbalidən qaçırılan Levan Dotiaşvili noyabrın 9-da Tsxinvali regionunun de-fakto hakimiyyəti tərəfindən sərbəst buraxılıb.