“Bu bir xahiş yox, tələbdir”- Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş baş prokuror Otar Partsxaladzenin işi ilə bağlı ətraflı istintaq tələb edir. Prezident ölkənin “baş prokurorunun “FSB”agenti” olmasını “ən böyük bədbəxtlik adlandırır”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Onlardan biri, deyədən, cənab Kaxa [Kaladze] ən böyük problemin sən demə mənim Avropaya səfərləriçin olduğunu deyib - Xeyr, cənab Kaxa. Ən böyük bədbəxtlik ölkədəki baş prokurorun “FSB” və ya “KQB” agenti olması, bu, ən böyük bədbəxtlikdir və ən böyük, daha böyük bədbəxtlikdir ki, bu gün bunu araşdırmalı olan məsul qurumlarda elə bir səs-küy yoxdur. Mən burada, sizin qarşınızda ictimaiyyətə ətraflı şəkildə cavab verilməsini, ətraflı araşdırma aparılmasını tələb edirəm. Bu bir xahiş yox, tələbdir”, - Prezident QHT nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.
Salome Zurabişvilinin sözlərinə görə, Prezident Administrasiyasına “Partsxaladzenin vətəndaşlıqdan məhrum olunması haqqında hər hansı məlumat və ya tələb” daxil olmayıb: - “Burada oxların başqa yerə yönləndirilməsi alınmayacaq! Məsuliyyətin kimdə olduğu aşkardır”.
Prezident hesab edir ki, ABŞ-dan əlavə sübutlar əldə etməyə ehtiyac yoxdur.
“Məln Bazelə getməmişdən əvvəl ABŞ səfirliyinin nümayəndəsi ilə görüşdüm ki, hansı məlumatların olduğunu onlar tərəfindən eşitmək istəyirdim. Düşünürəm ki, bütün bunlara cavabdeh olan qurumların vaxtında cavab verməsi yaxşı olar. Cavablar, məlumatlar və dəlillər mövcüddur. Bu gün heç kim Amerikadan daha çox sübut təqdim etməsini istəmir. Düşünürəm ki, hər şey aydındır. İstintaq burada aparılası, hesablar burada dayandırılası və ölkənin üzünü və nüfuzunu itirməməsi üçünhər şey burada edilməlidir. Bunun üçün məsuliyyət daşıyan ölkə deyil”, - prezident qeyd edib.
Sentyabrın 14-də ABŞ Gürcüstanın keçmiş baş prokuroru, Otar-Partsxaladzeyə sanksiyalar tətbiq etdiyini açıqlayıb. Dövlət Departamentinin sənədində, Partsxaladzenin adı, Rusiya Federal Təhlükəsizlik Xidməti [FSB] ilə Gürcüstan cəmiyyəti və siyasətinə Rusiyanın xeyrinə təsir göstərmək üçün işləyən gürcü-rus oliqarx kimi hallanır.
Otar Partsxaladze, 2013-cü ilin noyabrından dekabrınadək Gürcüstanın baş prokuroru olub.