Ölkəmiz, xalqımız və hökumətimiz namizəd statusuna layiqdir - Ğaribaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“İnanıram ki, bizim avropalı dostlarımız, Avropa dövlətləri bu il yeganə düzgün siyasi qərar alacaqlar və Gürcüstana və gürcü xalqına namizəd statusu verəcəklər, çünki ölkəmiz, xalqımız, hökumətimiz namizəd statusuna layiqdir”, - Gürcüstanın Baş Naziri bu gün Avropa Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

İrakli Ğaribaşvili qeyd edib ki, statusun verilməsi simvolik akt olsa da, bu, çox mühüm qərardır. Onun sözlərinə görə, “Gürcü Arzusu” hökuməti Gürcüstanı Avropaya daha da yaxınlaşdırmaq üçün çox iş görüb, baxmayaraq ki, namizəd statusu almaq üçün daha çox iş görmək və daha çox islahatlar həyata keçirmək lazım olduğunu “çox yaxşı başa düşür”. 

“Biz Avropaya və Avropa xalqına bir çox ortaq dəyərlərlə bağlıyıq, bu dəyərlər gürcülərin eyni xristian dəyərlərinə əsaslanır və müasir Avropa da buna əsaslanır. Ona görə də inanıram ki, Gürcüstan böyük Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və Gürcüstan Avropaya öz ənənələri ilə daxil olacaq. Bir daha bəyan etmək istərdim ki, hökumətimiz ölkəmiz və xalqımız üçün zəruri olan islahatları davam etdirməyə tam hazırdır və ikincisi, bu islahatlar bizim avropalı dostlarımıza, cəmiyyətimizə daha da yaxınlaşdırıcıdır”, - Baş nazir bildirib.

2022-ci il iyunun 23-də Avropa İttifaqının 27 üzv dövlətinin qərarı ilə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusu, Gürcüstana isə Avropa perspektivi statusu verilib. Avropa Komissiyası Gürcüstana həyata keçirilməsi üçün 12 tövsiyə müəyyən edib ki, bunlar arasında deoliqarxizasiya, siyasi qütbləşmənin həlli, məhkəmə islahatları, antikorrupsiya xidmətinin gücləndirilməsi və media mühitinin yaxşılaşdırılması daxildir. Avropa Komissiyası bu ilin payızında Gürcüstanın tövsiyələri yerinə yetirməsi ilə bağlı öz qiymətləndirməsini hazırlayacaq və tövsiyəni statusla bağlı yekun qərarı verən orqan olan Avropa Şurasına ünvanlayacaq.

Qeyri-hökumət təşkilatlarının son hesabatına görə, Avropa Komissiyasının 12 tövsiyəsindən yalnız biri tam yerinə yetirilib.

 

Bu mözu haqqında: 

Gürcüstan status ala bilməsin deyə “Gürcü Arzusu”nun “Alt-İnfo qanunu” ilə sabotajı

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur