Ölkənin gələcəyini 4 nəfərə həvalə etmək istəmiriksə, kəsərli addımlar atmaq lazımdır - prezident

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Dost ölkə ola bilər ki, qəddarcasına deyib demək istdiyini, amma əsəbləşməyək, hirslənməyək, sevinməyək, nəyin, niyə baş verdiyini, nəyi düzəltmək lazım olduğunu təhlil edək. Dünyaya fərqli qiymətləndirməyə də layiq olduğumuzu göstərək”, - Gürcüstan prezidenti Salome Zurabişvili Amerika Birləşmiş Ştatlarının gürcü hakimlərinə sanksiya tətbiq etməsinə belə rəy bildirib.

Zurabişvilinin sözlərinə görə, gürcü xalqı “qüsurlu məhkəmə sisteminin formalaşdırılmasında sanksiyaya məruz qalmış hakimlərin məsuliyyətini” yaxşı dərk edir.

“Gürcüstanın sanksiya tətbiq edilən şəxslərə sahib olan ölkələr siyahısına salınmasına sevinmədim və sevinə də bilməzdim, çünki mənim üçün ən ehtiyat olunmalı olan şey, məhz ölkənin reputasiyasıdır, baxmayaraq ki, bu qərar yalnız dörd nəfərə və bu dörd nəfərin viza məhdudiyyətinə aiddir. Səfirin ifadə etdiyi kimi, eyni zamanda bəyanatda Gürcüstana dəstək vurğulanır, buna baxmayaraq ölkənin imicinə bir qədər xələl gəlir.

Gürcüstan və gürcü xalqı nöqsanlı məhkəmə sisteminin formalaşmasında bu insanların məsuliyyətini yaxşı dərk edir, biz hamımız bilirik və başa düşürük ki, bu məhkəmə sisteminin təkmilləşdirilməsi üçün nə etmək lazımdır. Cəmiyyət nəyin və niyə edilmədiyini də çox gözəl bilir. Məhz buna görə də biz məhkəmə islahatlarının aparılmasının zəruriliyini, eləcə də məhkəmə müstəqilliyinin gücləndirilməsinin zəruriliyini, sistemdə peşəkar və qərəzsiz kadrlara ehtiyacı tam başa düşürük, bölüşürük və dəstəkləyirik. Avropa Komissiyasının 12 tövsiyəsi də buna xidmət edir”, - Salome Zurabişvili bu gün keçirilən brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, o, təəssüflənir ki, Gürcüstan Avropa İttifaqına namizəd statusu ilə bağlı avropalı tərəfdaşlardan ən mühüm qərarı gözlədiyi bir vaxtda sanksiya tətbiq edilən çəxslərə sahib ölkələr sırasına yazılır.

“Qorxuram ki, ABŞ-ın qərarı Avropada mənfi siqnal kimi qəbul edilsin, ona görə də nə xal qazanmaq və sevinmək, nə də bəhanə gətirmək vaxtı deyil”. Ölkənin imicini düzəltmək bizim üçün ən vacib məsələdir.

Ölkənin gələcəyin dörd nəfərə həvalə etmək istəmiriksə, istər tam araşdırma, istər Ali Ədliyyə Şurasının tərkibinə yenidən baxılması, istərsə də hakim olmayan üzvlərin vaxtında seçilməsi kimi kəsərli addımlar atmaq lazımdır.

Bütün tərəfdaşların müşahidə etdiyi məhkəmə baxımından nə qədər kəsərli addımlar atılsa, ölkəmizin reputasiyasını bir o qədər tez bərpa edəcəyik və bir o qədər də etimadını artıracağıq. Ölkə buna layiq deyildi və buna layiq deyil ki, bu məsələ nə daxili qüvvələr arasında, nə də beynəlxalq dostlarımızla münasibətlərdə qütbləşmənin dərinləşməsinə səbəb olsun”, - Salome Zurabişvili bildirib.

Aprelin 5-də ABŞ Dövlət Departamenti üç hazırkı və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzenin ciddi korrupsiya fəaliyyətlərində iştirakına görə ABŞ-a girişini qadağan edib. Sözügedən sanksiya onların ailə üzvlərinə də şamil edilir.

ABŞ Dövlət Departamentinin qərarı Gürcüstan hakimiyyəti üçün anlaşılmaz və qəbuledilməzdir. Xarici İşlər Naziri İlia Darçiaşvili dövlət katibi Entoni Blinkenə ünvanladığı məktubda sübutların təqdim edilməsini və ya qərara yenidən baxılmasını tələb edir. Darçiaşvilinin sözlərinə görə, əks təqdirdə hakimlərə sanksiya tətbiq edilməsi halı “Gercüstan dövləti və gürcü xalqı tərəfindən suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə” kimi qəbul ediləcəck.

 

Bu mövzu haqqında:

Gürcüstanın özü istənilən ittiham üzrə araşdırma apara bilər - Deqnan sanksiyalarla bağlı

Levan Murusidze ABŞ səfirliyini məhkəmə sistemini oğurlamağa cəhddə ittiham edir

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur