Ötən il Gürcüstandan 163 480 vətəndaş mühacirət edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2023-cü ildə Gürcüstanda mənfi miqrasiya saldosu qeydə alınıb. Milli Statistika Xidmətinin verdiyi məlumata görə, mühacirlərin sayı 245 064 nəfər olub ki, bu da 2022-ci illə müqayisədə 95,6% çoxdur, immiqrantların sayı isə 14,5% artaraq 205 857 nəfər olub. Gürcüstanın mühacir və immiqrant vətəndaşlarının sayı arasında fərq 71 584 təşkil edir.

Ötən il mühacirət edən 245 064 nəfərdən 152 383 nəfəri (62,2%) əmək qabiliyyətli (15-64 yaş qrupu) əhali idi. Mühacirət edənlərin 163 480 nəfəri Gürcüstan, 35 344 nəfəri Rusiya Federasiyası, 7 675 nəfəri Ukrayna, 7 049 nəfəri Türkiyə, 4 537 nəfəri Belarus, 3 274 nəfəri Hindistan, 23 538 nəfəri isə digər ölkələrin vətəndaşıdır.

205 857 immiqrantdan 156 304-ü (75,9%) 15-64 yaş arasındadır. İmmiqrantların 91 896-sı Gürcüstan, 52 627-si Rusiya, 8 624-ü Türkiyə, 8 406-sı Hindistan, 7 516-sı Ukrayna, 3 557-si Belarus, 33 072-si isə digər ölkələrin vətəndaşlarıdır.

"Sakstat"ın verdiyi məlumata görə, ötən il Gürcüstan əhalisi əvvəlki illə müqayisədə 1,1% azalaraq 2024-cü il yanvarın 1-nə olan göstəriciyə əsasən, 3 milyon 694 min 600 nəfər təşkil edib. Mənfi təbii artım müşahidə olunub - 40 214 nəfər doğulub, 42 756 nəfər ölüb.

Gürcüstanın əhalisinin sayı regionlar üzrə aşağıdakı kimidir:

  • Tbilisi - 1 258 500
  • İmereti - 442 300
  • Kvemo Kartli - 436 000
  • Acarıstan - 363 200
  • Kaxeti - 299 900
  • Sameqrelo-Zemo Svaneti - 287 800
  • Şida Kartli - 244 100
  • Samtsxe-Cavaxeti - 142 100
  • Quriya - 101 900
  • Mtsxeta-Mtianeti - 92 600
  • Raca-Leçxumi və Kvemo Svaneti - 26 200

0-14 yaşlı əhalinin sayı bütün əhalinin 19,5 faizni, əmək qabiliyyətli əhalinin sayı (15-64 yaş qrupu) 64,3 faizni, 65 və yuxarı yaşda olan əhalinin sayı isə 16,2 faiz təşkil edir.

Gürcüstan əhalisinin 48%-ni kişilər, 52%-ni isə qadınlar təşkil edir. "Sakstat"ın verdiyi məlumata görə, cins nisbəti 92-dir, yəni hər 100 qadına 92 kişi düşür.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur