Tbilisi, Kareli və Qoridə “oğru aləmi”nə üzv olmaq və “oğru aləmi”nin fəaliyyətinə dəstək vermək ittihamı ilə 7 nəfər həbs olunub, o cümlədən aralarından 4-ü xaricdə olan 5 “qanuni oğru”ya qarşı qiyabi ittiham irəli sürülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Saxlanılanlar 2000-ci il təvəllüdlü Q.Ç.; 1972-ci il təvəllüdlü Z.Q. (“Baxa” ləqəbi ilə) və əvvəllər məhkum olunmuş şəxslər: 1981-ci il təvəllüdlü D.Ğ. (“Şramian” ləqəbi ilə); 1981-ci il təvəllüdlü M.B.; 1995-ci il təvəllüdlü Q.K.; 1978-ci il təvəllüdlü Z.D. və 1995-ci il təvəllüdlü D.İ ( “Şok” ləqəbi ilə).
İttihamlar qiyabi olaraq 1986-cı il təvəllüdlü V.Ç-yə (“Tsknafa” ləqəbi ilə) və xaricdə yaşayan 4 “qanuni oğru”ya təqdim edilib: 1961-ci il təvəllüdlü Ariki Mixaeli (“İziki” ləqəbi ilə); 1981-ci il təvəllüdlü İlya Qaqloyev (“İlo Kalininqradski” ləqəbi ilə); 1974-cü il təvəllüdlü Paata Vaşakidze (“Eşxa” ləqəbi ilə) və 1982-ci il təvəllüdlü Malxaz Darçiyev (ləqəbi “Maxo”)
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadzenin sözlərinə görə, istintaq müəyyən edib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşı “oğru aləmi”nin üzvlərinə müraciət edərək maddi yardım müqabilində münaqişənin həllini istəyib. Öz növbəsində “oğru aləmi”nin üzvləri bu işə “qanuni oğruları” cəlb ediblər. Aldıqları pulları münaqişənin həlli üçün şəxsən istifadə ediblər və “qanuni oğrular”a - İlya Qaqloyevə və Paata Vaşakidzeyə verməyiblər.
“Qanuni oğrular” mənimsənilən məbləğdən xəbər tutublar və bu əməli müzakirə etmək üçün “oğru” sövdələşməsi təşkil olunub. Bu işdə “qanuni oğrular” - “İzik” ləqəbli Ariki Mixaeli və “Maxo” ləqəbli Malxaz Darçiyev də i.tirak edib. Eyni zamanda, cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində xaricdə “qanuni oğru” adı ilə fəaliyyət göstərən və mübahisə edən tərəfi qarşı tərəfin xeyrinə müəyyən edilmiş müddətdə müəyyən məbləği ödəməyə məcbur edən 1995-ci il təvəllüdlü D.İ. (“Şok” ləqəbi ilə) də saxlanılıb”, - Teymuraz Kupatadze bildirib.
İş üzrə istintaq “oğru dünyası”na üzvlük, “qanuni oğurluq” və “oğru aləminin”nın fəaliyyətinə dəstək vermə maddələri ilə araşdırılır. Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.