Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, oktyabrın 1-də Gürcüstan parlamenti və Qurcaani merinin növbədən kənar seçkiləri keçiriləcək. Seçicilər Qori-Kaspinin majoritar deputatını və Qurcaani bələdiyyəsinin merini seçəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Keçmiş baş nazir Qiorqi Qaxariyanın təsis etdiyi “Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Xocevanişvilinin mandatı və partiyanı tərk etməsindən sonra parlamentə aralıqseçkilərin keçirilməsi zərurəti yaranıb. Xocevanişvili 2020-ci il parlament seçkiləri nəticəsində Qori-Kaspi-nin majoritar deputatı seçilib. O, “Gürcü Arzusu” tərəfindən irəli sürülən namizəd olub. Qiorqi Qaxaria baş nazirlikdən istefa verərək öz partiyasını qurduqdan sonra Qiorqi Xocevanişvili və daha beş parlament üzvü “Gürcü Arzusu”nu tərk edərək Qaxariyanın partiyasına qoşulub.
Qurcaani merinin növbədənkənar seçkilərinə gəlincə, 2021-ci il oktyabrın 2-də seçilən mer Zurab Utiaşvili 2023-cü ilin iyununda istefa verib. Utiaşvilinin izah etdiyi kimi, o, səhiyyə sektoruna qayıtmaq və orada “Gürcü Arzusu” komandası ilə işləməyə davam etmək qərarına gəlib.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani bu gün keçirilən brifinqdə bildirib ki, oktyabrın 1-də keçiriləcək seçkilər xüsusi əhəmiyyət kəsb edir, çünki MSK 2024-cü ilin ümumi seçkiləri öncəsi seçki prosesində elektron texnologiyaları bir daha sınaqdan keçirmək imkanı əldə edəcək.
Aralıq/növbədənkənar seçkilər üçün ümumilikdə 133 seçki məntəqəsi açılacaq. Səsvermə 103 seçki məntəqəsində seçicilərin yoxlanılması, səsvermə və hesablama aparatlarından istifadə edilməklə keçiriləcək və burada ümumi seçicilərin 85,3 faizi iştirak edəcək. Qalan 30 seçki məntəqəsində səsvermə mövcud qaydalara uyğun aparılacaq, lakin bu məntəqələrdəki bülletenlər rəqəmsallaşdırılacaq, müvafiq təhlükəsiz platformaya yüklənəcək və bütün maraqlı tərəflər üçün əlçatan olacaq.