Hüquq Məsələləri üzrə Komitənin sədri Anri Oxanaşvili “agentlər haqqında” rus qanunu müzakirə olunduğu, hardasa səkkiz saatdır davam edən iclasdan müxalifətçi deputatları ixrac edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxanaşvili Paata Mancqaladze, Qiorqi Vaşadze, Levan Xabeişvili və Xatia Dekanoidzeni zaldan qovub. Bundan əvvəl Tinatin Bokuçava və Salome Samadaşvili zaldan ixrac olunub.
“Gürcü Arzusu”nun irəli sürdüyü rus qanununun müzakirəsi səs-küy fonunda davam edir. Müxalifət üzvləri sözügedən qanunun qəbulunun Gürcüstanın Avropa gələcəyinə xələl gətirəcəyini iddia edirlər.
“Bu, şəffaflıq haqqında qanun deyil, bu, Bidzina İvanişvilinin ölkəmizdə demokratiyaya son qoymaq, ədalətli və azad seçkiləri ləğv etmək, Avropa İttifaqının bizimlə əlaqələrdən və üzvlük danışıqlarından imtina etməsini istədiyi qanundur. Bu, Yanukoviçin yoludur. Ona görə də aydındır ki, həqiqəti deyən şəxslər iclasdan ixrac olunur.
İclasda Bidzina İvanişvilinin qulundan tamamilə demaqoqcasına, mənasız sözlər eşidirdik. Daha doğrusu, o, İvanişvilinin də qulu deyil, Bidzinanın qulunun quludur. Əsas suala cavab ala bilmədik. Dostların deyəndə ki, sən bu qanunu qəbul etsən, Gürcüstanın Avropa gələcəyi bitəcək, gürcü xalqının Avropa seçiminin üzərinə xətt çəkib, onu yenə qəbul etdikdə bunun nə dəyəri olur. Bu sualın cavabını eşitmədik. Cavab sadədir, Bidzina İvanişvili sizin üçün heç bir Avropa gələcəyi istəmir”, - “Lelo”nun üzvü Salome Samadaşvili bildirib.
Müzakirələrə paralel olaraq parlament binasının qarşısında aksiya keçirilir. Orada səhər saatlarında parlamentə buraxılmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri və onlayn medianın jurnalistləri də var.
"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya, NATO, Birləşmiş Millətlər Təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət və media qurumlarının işinə mənfi təsir göstərəcək.