Xarici agentlər haqqında rus qanununun geri qaytarılması qərarı parlament müxalifətinin etirazları ilə müşaiət olunub. Parlamentin sədri Şalva Papuaşvili deputatları hədələyib ki, “rus qanunu” ifadəsindən istifadə edən hər kəsin mikrofonunu söndürəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Siz demokratiyanı məhv etmək və bu ölkənin gələcəyini əlindən almaq istəyirsiniz. Gürcüstan millisinin Avropa çempionatında iştirakına sevinirik, o gənclərə nə deyirsiniz”, - Plenar iclasda “Avrooptimistlər” qrupunun üzvü Xatia Dekanoidze deyib.
“Vətəndaşlar”ın üzvü Aleksandre Elisaşvili qeyd edib ki, “rus qanunu”nu geri qaytarmaq bütün parlament üzvlərinə və ölkəyə qarşı təhqirdir. “Bu qanun rus qanunudur və nida işarəsi”, - Elisaşvili bildirib.
Şalva Papuaşvili deputatları “anti-gürcü təbliğatında” ittiham edib və bildirib ki, Gürcüstan parlamenti “heç bir rus qanununu qəbul etmir”.
““Rus qanunu” ifadəsindən istifadə edən hər kəsin mikrofonunu söndürəcəm. Anti-gürcü təbliğatını dayandırın, gürcü xalqına yalan danışmayın. Keçən il uğur bacardınız, amma bu bacara bilməyəcəksiniz. Artıq, bu, həyəcana gətirən vəziyyəti yarada bilməyəcəksiniz. Bitdi. Keçən il gürcü xalqına dediyiniz bu yalanın sonu gəldi. Özünüz də başa düşürsünüz ki, artıq bunu deməyə mənəvi haqqınız yoxdur. “Bəli, bu, yalandır ki, gürcü qanununu rus qanunu adlandırırsınız”, - deyə Papuaşvili bildirib və Elisaşvilinin zaldan çıxarılmasını tələb edib.
Aleksandre Elisaşvili və parlament çoxluğunun lideri Mamuka Mdinaradze şifahi qarşıdurma da yaşayıblar. Mdinaradzenin bu gün keçirdiyi brifinqdən məlum olub ki, “Gürcü Arzusu” yaz sessiyasının sonuna qədər “rus qanunu”nu qəbul etməyi planlaşdırır. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” “xarici təsirin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq.
Parlament müxalifəti rus qanununun geri qaytarılmasını necə qiymətləndirir
Parlament müxalifətinin üzvləri “rus qanunu”nun qəbulunun Gürcüstanın Avropaya inteqrasiyasına mane olacağı fikrindədir.
Aleksandre Elisaşvili (“Vətəndaşlar” partiyası): “Bu, ölkəyə qarşı pislikdir. Bir dəfə ki bu ölkədə hər şey alt-üst oldu, indi yenə bu qanunu geri qaytarırlar. Deyirəm, lazım deyil, bu rus qanunudur. Kim rus qanunudur deyirsə, bu təhqirdir deyirlər. Buna yol verməməliyik! Nə rus qanunu! Parlament bu qanunu qəbul etməməlidir! Bitdi, qurtardı. Qeyri-hökumət təşkilatlarının müəyyən qədər qara pul almasından danışmaq yalandır, onların maliyyələşməsi 100% şəffafdır. Belə görünür ki, onların ruslara qarşı hansısa öhdəlikləri var, onları məcbur edirlər, əks halda heç bir məntiqi izahı yoxdur. Mən bu ölkənin normal insanlarına müraciət edirəm, bu ölkənin Avropanın bir hissəsi olmasını istəyənlərə səslənirəm, zirehlərinizi götürün və hazır olun, bizi çoxlu emosiya dalğası və dava-dalaş gözləyir. Buna yol verməməliyik”.
Roman Qotsiridze (“Avrooptimistlər” parlament qrupu): “Bu, Avropa İttifaqına üzvlükdən birbaşa imtinadır. Bundan əvvəl digər qanunlar, o cümlədən seçki qanununa dəyişiklik edilib. Əslində, bu hökumət hakimiyyəti saxlamaq müqabilində ölkənin Aİ-yə üzvlük prosesindən imtina etmək qərarına gəlib. Bu hakimiyyət xəyantkardır.
Ana Natsvlişvili (Lelo Partiyası): “Gürcü Arzusu” gəmisinin batdığının fərqindədir və bütün şər və zərərli qüvvələrə xas olduğu kimi bütün ölkəni udmaq qərarına gəlib. Bu, bir daha bizim əvvəldən dediyimiz şeyi təsdiqləyir ki, bu siyasi qüvvənin vəzifəsi bu ölkəni Avropa İttifaqına üzv etmək deyil. Onların Kremldən yeganə tapşırığı bu ölkəni nəhayət Rusiyaya birləşdirməkdir”.
Ani Tsitlidze (“Vahid Milli Hərəkat”): “İvanişvilinin partiyası mart etirazları zamanı Rusiyanın bu qanununa qarşı mübarizə aparan Gürcüstan vətəndaşlarının iradəsindən yan keçməyə və bu qanunu yenidən parlamentə qaytarmağa cəsarət edir. Təsadüfi deyil ki, rus qanunları ləğv olunmazdan əvvəl İvanişvilinin partiyası gender kvotalarının ləğvini tələb etdi və bununla da beynəlxalq tərəfdaşlarımızın tələb etdiyi öhdəliklərin heç birini yerinə yetirmək fikrində olmadığını bir daha təsdiqlədi. İvanişvilinin partiyası ilə Gürcüstanın Avropaya inteqrasiyasıziddiyət təşkil edir. Bu rus qanununun parlament tərəfindən qəbul edilməməsi üçün mübarizə aparmaq bizim borcumuzdur”.
Beka Liluaşvili (“Gürcüstan Naminə” partiyası): “Rus qanunu ilk dəfə irəli sürüləndə işğalçı dövlət olan Rusiyanın təsirinin ifşası və məhdudlaşdırılması ilə bağlı bizim təşəbbüsümüzlə irəli sürülmüş alternativ qanun layihəsinə məhəl qoyulmadı. Niyə? Çünki onların qanun layihəsinin əslində düşmən dövlətlərin, ilk növbədə Rusiyanın təsirini məhdudlaşdırmaqla heç bir əlaqəsi yoxdur. Bunun başqa bir məqsədi var və bu, qarşıdan gələn seçkilərdən bu cür qorxan, siyasi arsenalında yeni təsir rıçaqları yaradan, amma cəmiyyətin buna birinci dəfə yol vermədiyini unudan “Oçneba”nın əlində yeni siyasi alət yaratmaqdır.