Parlament sədri Şalva Papuaşvilinin “Facebook”dakı paylaşımından bir saat sonra mülki fəal Zuka Berdzenişviliyə Tbilisidə hücum olunub və o, fiziki zorakılığa məruz qalıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Səni başından vurmasam…, üç nəfərdən biri məni yerdə vurarkən deyirdi”-, Zuka Berdzenişvili xatırlayır.
“Yəqin ki, təsadüfdür, Şalva Papuaşvilinin paylaşımından bir saat sonra Zukanı bizim evin yanında “qəzəblənmiş vətəndaşlar” qarşılayıb və ona fiziki təzyiq göstəriblər. Onlar üç nəfər idi, maşında gözləyirdilər, arxadan gizlicə hücum etdilər, sonra da qaçdılar”, – Berdzenişvilinin dostu Salome Barker yazıb.
Bu gün səhər saatlarında parlament sədri sosial şəbəkədə paylaşım edib və vətəndaşların rus qanununun qəbuluna görə hakim partiyanın deputatlarını satqın adlandırdığı hərəkətləri “Avropa adı ilə aparılan mütəşəkkil və siyasi motivli terror kampaniyası” adlandırıb. Papuaşvili “Facebook” yazısında Zuka Berdzenişvilinin də adını çəkir.
“Sadəcə son bir neçə gündə Aİ büdcəsindən maliyyələşən üç qeyri-hökumət təşkilatının əməkdaşları:
- Onlar parlament üzvlərini “boynuna güllə” vurmaqla hədələyiblər (Levan Datunaşvili, “JAMnews”);
- Onlar parlament üzvlərinə zəng edib, təhdid və təhqirlər səsləndirilər (Salome Nikolaişvili, Zuka Berdzenişvili, “Sirtskhvilia”)
- Ailəsi ilə birlikdə ictimai məkanda olan parlament üzvü hücuma və təhqirə məruz qalıb (Mariam Tsitsikaşvili, “GRASS” / “Factcheck”)
Aydındır ki, media üçün hazırlanan bu “qəzəblənmiş vətəndaşlar” səhnələri əslində Avropa adı ilə aparılan mütəşəkkil və siyasi motivli terror kampaniyasıdır. Donorlar maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini rədd etməklə terroru normallaşdırırlar”, - Papuaşvili yazıb.
Zuka Berdzenişvili bir neçə gün əvvəl kənddə pusquya düşdüyünü, lakin hücumdan xilas olduğunu yazmışdı.
Rus qanunu əleyhdarlarına qarşı mütəşəkkil zorakılıq kütləvi xarakter alıb.
İyunun 7-də Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında “Azadlıq Uğrunda” tələbə hərəkatının yaradıcısı, mülki fəal Niko Manaqadzeyə hücum olunub. O, hər şənbə universitetin yaxınlığında baş nazir İrakli Kobaxidzeni qarşılayan və rus qanununa etiraz edən tələbələrdəndir.
İyunun 2-də Tbilisi Şəhər Şurasının müxalifətçi deputatı Tsotne Koberidze Tbilisidəki evinin yaxınlığındakı avtobus dayanacağında qarşılanıb və hücuma məruz qalıb. “Onlar elektroşoku var idi, döyməyə çalışdılar, lakin bacarmadılar”, - Koberidze bildirib.
Bundan əvvəl də bir çox digər insanlara hücum olunub və onlara fiziki təzyiq göstərilib.
Rus qanunu əleyhdarlarının evlərinə və ofislərinə təhqir və zorakılığa təhrik edən plakatlar yapışdırılır, evlərinin divarlarına yazılar yazılır, maşınları zədələnir. “Gürcü Arzusu”ndan olan parlament üzvü, hakim partiyanın siyasi şurasının üzvü Dimitri Samxaradze etiraf edib ki, jurnalistlərə, qeyri-hökumət təşkilatlarına və müxalif siyasi partiyaların nümayəndələrinə qarşı nifrət və zorakılıq kampaniyasını o təşkil edib.
İstintaq orqanları hücum və ya digər zorakılıq halları ilə bağlı istintaq aparmayıb və heç kim cəzalandırılmayıb.