Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında rus qanunu ilə bağlı verdiyi əsaslandırılmış şərhləri nəzərə almayacaq. Bu barədə parlament sədri məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Şalva Papuaşvilinin sözlərinə görə, büronun bugünkü iclasında prezidentin vetosu hüquqi məsələlər komitəsinin müzakirəsinə veriləcək və növbəti sessiya həftəsində o, aşılmış olacaq.
“Bir şey vacibdir - “xarici təsirin şəffaflığı haqqında” qanuna xaricilərin hədsiz müdaxiləsi bizə bir şeyi göstərir ki, bu qanun yəqin ki, ən gürcü qanunudur. Ona görə də təbii ki, parlament bu vetonu aşacaq, çünki bu qanunun gürcü mahiyyətini bir daha göstərir. O qədər xarici - özləri donordurlar və maliyyələşdirirlər - bu işə qarışdı ki, onlar sonda aksiyalara çıxdılar, bu, qanun, məhz parlament tərəfindən qəbul edilən ən gürcü qanunlarından biri olduğunu dəqiq göstərir. Ona görə də, əlbəttə ki, biz vetonu aşacağıq”, - deyə Papuaşvili bildirib.
Baş nazir İrakli Kobaxidze bu gün bildirib ki, Salome Zurabişvili “qanunlara kobud şəkildə veto qoyub” və bununla da “sağlam müzakirə üçün bütün məkanları bağlayıb”.
Prezident mayın 18-də rus qanununa veto qoyub. Salome Zurabişvilinin arqumenti ondan ibarətdir ki, qanun rus qanununun ruhunu dəqiqliklə təkrarlayır və əslində, 10 mart 2023-cü ildə geri götürülən “agentlər qanunu” ilə eynidir. Qanunda , sadəcə “xarici təsir agenti” sözləri çıxarılıb və “agent” anlayışının tərifi olan “xarici gücün maraqlarının daşıyıcısı” termini ilə əvəz edilib. Prezident qeyd edir ki, ATƏT/DTİB-in 2023-cü ilin iyulunda dərc etdiyi hüquqi rəy bu qanunun qeyri-demokratik olduğunu, insanın əsas hüquq və azadlıqlarına, Avropa standartlarına zidd olduğunu əyani şəkildə təsdiqləyir.
Salome Zurabişvili hesab edir ki, qanun konstitusiyaya ziddir, çünki: o, Konstitusiyanın 22-ci maddəsinə – “Birləşmək azadlığına” ziddir. Qanun təşkilatları xarici gücün maraqlarının daşıyıcısi, yəni agenti kimi qeydiyyatdan keçməyə məcbur edir. Bu cür özünü tanımağa məcbur etmək onların damğalanmasına gətirib çıxarır. Qanun təşkilatın fəaliyyətini məhdudlaşdırmaq və sonda ləğv etmək üçün hər cür şərait yaradır. Konstitusiyanın 15-ci maddəsi - “şəxsi və ailə həyatının, şəxsi məkanın və ünsiyyətin toxunulmazlığı hüququ” ilə ziddiyyət təşkil edir. Qanun, digər məsələlərlə yanaşı, şəxsi məlumatların xüsusi kateqoriyasını təqdim etmək öhdəliyi qoyur ki, bu da şəxsin şəxsi və ailə məkanının hər hansı əsassız müdaxilədən qorunmasına dair konstitusiya hüquqlarını pozur. Bu baxımdan qanun qorxutmaq və qorxu salmağa xidmət edir. Konstitusiyanın 11-ci maddəsinə - “bərabərlik hüququna” ziddir. Qanun ayrı-seçkilik xarakteri daşıyır, çünki o, yalnız birliklərin konkret seqmentini əhatə edir və qeyri-kommersiya təşkilatlarına xaricdən maliyyə almasına görə ayrı-seçkilik edilməsinin səbəbi əsassızdır. Macarıstanda qüvvədə olan qanunu qiymətləndirərkən Avropa Ədalət Məhkəməsi belə nəticəyə gəlib ki, Macarıstanda maliyyə mənbəyinə görə hüquqi şəxslər arasında fərq qoymaq, özündə dolayı ayrı-seçkilik ehtiva. Bu, Konstitusiyanın 78-ci - “Avropa və Avroatlantik strukturlara inteqrasiya” maddəsinə ziddir. Qanun öz forma və məzmununa görə Gürcüstanın Avrointeqrasiyasına real maneədir. Avropa İttifaqının rəsmi strukturlarının mövqeyi aydındır - qanun Avropa dəyərlərinə və Aİ üzvlüyünə namizəd statusu olan bir ölkə üçün tələblərə ziddir. Qanun konstitusiyanın konstitusiya orqanlarına ölkənin Avropa İttifaqına inteqrasiyası üçün bütün tədbirləri görmək öhdəliyinə birbaşa ziddir. Bu qanunu təkmilləşdirmək mümkün deyil.
“Qanun bütöv məzmunu ilə konstitusiyaya ziddir, buna görə də qeyri-gürcü, qeyri-Avropa və qeyri-demokratikdir. Belə ki, onun mahiyyəti, məzmunu və prinsipləri məqbul olmadığı üçün onda dəyişiklik etməklə təkmilləşdirmək mümkün deyil. Müvafiq olaraq, qanunun ləğvi alternativsizdir və gürcü xalqının iradəsini ifadə edir. Bütün qeyd olunanları nəzərə alaraq, qanunun tezliklə, qüvvəyə mindiyi gündən sonrakı gün ləğv edilməsini təklif edirik”, - Prezidentin əsaslandırılmış şərhində deyilir.
Prezidentin vetosunu aşmaq üçün parlamentin 76 deputatının dəstəyi tələb olunur və parlament çoxluğu - “Gürcü Arzusu” və “Xalqın Gücü” 83 səsə malikdir. Parlament vetonu aşdıqdan sonra qanun layihəsinin orijinal variantına yenidən səs verəcək. Salome Zurabişvili rus qanununu bir daha imzalamasa, o zaman onu parlament sədri imzalayacaq. Qanun dərc edildikdən sonra qüvvəyə minmiş hesab edilir.