Gürcüstan parlamenti qarşısında rus qanununa qarşı nümayişlər bu gün, aprelin 30-da da keçiriləcək. İlk aksiya saat 12:00-a təyin edilib. Məhz bu vaxt plenar iclas başlayacaq, burada “Gürcü Arzusu” rus qanununu ikinci oxunuşda qəbul etmək niyyətindədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanunverici orqan qarşısında daha bir aksiya saat 19:00-da başlayacaq. Bundan əlavə, saat 18:00-da İliya Dövlət Universiteti və Tbilisi Dövlət Universitetinin tələbələrinin iştirakı ilə yürüş nəzərdə tutulub.
Parlamentin Hüquq Məsələləri üzrə Komitəsi dünən, aprelin 29-da rus qanununu ikinci oxunuşda müzakirə edib və dəstəkləyib.
“Gürcü Arzusu” yaz sessiyasının sonuna qədər yenidən irəli sürülən rus qanununu hər üç oxunuşda qəbul etmək niyyətindədir. Bu, hakim partiyanın təşkil etdiyi qurultayda Bidzina İvanişvilinin Qərbə qarşı çıxışının əsas mesajlarından biri olub.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir.
Aprelin 17-də “Gürcü Arzusu” qanunu birinci oxunuşda 83 səslə qəbul edib. Həmin gün Cozef Borel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissar Oliver Varhyi tərəfindən qanunun yekun qəbulunun Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir edəcəyi barədə bəyanat yayılıb. Onların fikrincə, qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə uyğun gəlmir.
Rus qanunu Avropa Komissiyasının Gürcüstan üzrə müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, ona görə, üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinin əleyhinə dezinformasiyaya qarşı mübarizə aparmalıdır.