Tbilisidə parlament binası qarşısında vətəndaşlar Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına aksiya ilə etiraz ediblər. “Rus təyyarəsi Avropa İttifaqı ilə örtüşmür”, “Rusiya uçuşlarına yox”, “Rus hökumətə yox” - aksiyaya toplaşanların əsas mesajları bunlar olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aksiya iştirakçıları hesab edirlər ki, Gürcüstanın uçuşları bərpa etməsi ilin sonunda Aİ üzvlüyünə namizəd ölkə statusu əldə etməni risk altında qoyur və sanksiyalar təhlükəsi yaradır.
“Bu gün Moskvadan qalxan “Azimut” hava limanımıza eniş etdi. Bu nə deməkdir, biz hamımız yaxşı bilirik, ilin sonunda namizəd statusu alıb-almayacağımızı deməli olan Avropa da çox gözəl bilir. Birbaşa deyirlər ki, rus təyyarəsi heç nə ilə örtüşmür, Avropada ilə də örtüşmür və biz də rus təyyarəsinin Gürcüstan hava limanlarına enişinin qarşısını ala bilməliyik. Bu gün, biz, hamımız birlikdə rus hökumətdən birbaşa uçuşların ləğv edilməsini tələb etməliyik. Bunu parlament də edə bilər. Deyirlər ki, xalqa yalan danışırlar, bizim nə günahımız var, bunu Putin edib, Moskvanı günahlandırırlar, lakin biz axmaq deyilik, onlar Gürcüstanın heç bir azad vətəndaşına yalan danışa bilməzlər”, - deyə mülki fəal Nodar Çaçanidze aksiyada çıxışı zamanı bildirib.
“2019-cu ildə, bizə, bura Qavrilov gəldi. Bu hakimiyyət bizi ayı güllələri ataraq “cəzalandırdı”, Rusiya isə oradan, uçuşlara qadağa qoyaraq rus turistlərlə işləyən, gürcüləri “cəzalandırdı”. İndi o, Gürcüstan hökumətinə anti-Avropa addımlarına görə təşəkkür edib və buna görə uçuşları bərpa edib. Biz rus təşəkkürü istəmirik. Biz Avropa istəyirik. Ona görə də yaşasın Gürcüstanın Avropa gələcəyi. Bidzinanın rus hökumətinin burada heç bir işi yoxdur”, - aksiyada çıxış edən başqa bir fəal bildirib.
Rusiya ilə Gürcüstan arasında uçuşlar bərpa edildikdən sonra mayın 19-da “Azimut” aviaşirkətinin ilk təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına eniş edib. Moskva-Tbilisi reysi ilə Gürcüstanın rusiyayönümlü siyasətçiləri, fəalları və iş adamları - Valeri Kvaratsxeliya, Dimitri Lortkifanidze, Merab Çikaşvili və Mamuka Pipia da gəlib. “Sülh Naminə Həmrəylik” təşkilatının sədri olan Çikaşvili uçuşların bərpasına görə Gürcüstan vətəndaşları adından Vladimir Putinə təşəkkür edib.
Rusiyaya birbaşa uçuşa vətəndaşlar hava limanının girişində də etiraz ediblər. Polis aksiyanın altı iştirakçısını, o cümlədən mülki fəal Nata Peradze və “Droa” partiyasının üzvü Şuşana Matsaberidzeni inzibati qaydada həbs edib.
Rusiya prezidenti Vladimir Putin Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərmanı 2023-cü il mayın 10-da verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib - mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız gedə bilərlər.
“Azimut” (Azimut Airlines) Gürcüstan hökumətinin Moskva-Tbilisi-Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə icazə alan ilk rus aviaşirkətdir. Mayın 20-dən Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi istiqamətində, iyunun 2-dən isə Rusiyanın “Red Wings” aviaşirkəti Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva hava xətləri üzrə uçuşlar həyata keçirəcək.
Avropa İttifaqı Gürcüstan hakimiyyətini Avropa İttifaqı və bir sıra beynəlxalq tərəfdaşların aviasiya sahəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa çağırıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sözçüsü Piter Stano bildirib ki, Gürcüstan hakimiyyətinin uçuşları bərpa etmək qərarı ölkənin Avropa yolu və Assosiasiya Sazişi üzrə öhdəliklərini yerinə yetirməsi baxımından narahatlıq yaradır ki, bu da xarici siyasətdə Avropa İttifaqının qərarlarına uyğunlaşmağı nəzərdə tutur.