Bu gün, mayın 2-də Gürcüstan parlamentində planlaşdırılan tədbirlər - büro və plenar iclaslar keçirilməyəcək. Büronun iclası saat 11:45-ə, plenar iclas isə saat 12:00-a başlamalı idi. Bugünkü iclasda “Nazir saatı” formatında deputatlar xarici işlər naziri İlya Darçiaşvilini dinləyib sual verməli idilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mətbuat xidmətinin məlumatına görə, aksiya iştirakçıları qanunverici orqana “hücum edib”, bunun nəticəsində binaya və infrastruktura ziyan dəyib. “Hazırda aidiyyəti qurumlarla birgə təmizləmə və bərpa işləri aparılır”, - mətbuat xidmətindən bildirilib.
Saat 14:00-a qədər parlamentdə təhlükəsizliyin qırmızı səviyyəsi qüvvədə olacaq ki, bu da o deməkdir ki, parlament aparatının rəhbəri tərəfindən “təhlükənin xüsusiyyətlərinə və onun dəf edilməsinə müvafiq olaraq müəyyən edilmiş şəxslərdən başqa heç kim içəri buraxılmayacaq”. Saat 14:00-dan sonra sarı səviyyə aktivləşəcək və bu zaman ziyarətçilərin parlamentə girişi məhdudlaşdırılacaq. Binaya yalnız parlament əməkdaşları buraxılacaq. Parlamentdə izah edildiyi kimi, sözügedən tədbirin keçirilməsində məqsəd qanunverici orqanda iş və təhlükəsiz mühiti təmin etməkdir.
“Gürcüstanın marionet hökuməti parlamentə qıfıl vurub, xarici işlər nazirini gizlədib və qorxuya düşərək qanunverici orqanın işini faktiki olaraq ləğv edib”, - digər müxalifət deputatları ilə birlikdə parlamentə gələn Roman Qotsiridze bildirib.
Mayın 1-də parlament ikinci oxunuşda rus qanununu dəstəkləyib və bu, növbəti çoxminlik etiraz aksiyasına səbəb olub. İclasdan sonra “Gürcü Arzusu”nun üzvləri polis kordonu ilə binanı tərk ediblər.
Çitadze küçəsində, qanunverici orqanın girişlərindən birinin yaxınlığında xüsusi təyinatlılar etirazçılara qarşı su şırnaqlarından və bibər qazından istifadə edib, gözyaşardıcı qaz da buraxıblar. Vətəndaşlara rezin güllələr də tuş gəlib, lakin Daxili İşlər Nazirliyi aksiyanı dağıtmaq üçün bu vasitədən istifadə etdiyini təkzib edir. Aksiya iştirakçıları səhərə qədər parlament qarşısında qalıblar. Onlar parlamentin həyətinə giriş qapısını zibil qutuları və tikinti taxta hasarları ilə bağlayıblar. Bundan əlavə, nümayişçilər qanunverici orqanın binasına - “Kreml şöbəsi”, “Duma”, “rus qanuna yox” və s. yazıblar
Parlament öz işini mayın 13-dən davam etdirəcək, çünki Pasxa və 9 May ilə yanaşı, Gürcüstan hökuməti mayın 7, 8 və 10-nu da qeyri-iş günləri elan edib. Müxalifət deputatları hesab edirlər ki, “on günlük tətil” rus qanununa etirazı zəiflətmək üçün elan edilib.