Parlamentin yaxınlığındakı aksiya iştirakçılarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan da istifadə olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyi parlamentdə rus qanununa qarşı keçirilən aksiyanı dağıdır. Vətəndaşların üzərinə su şırnaqları yönəldilib və gözyaşardıcı qaz buraxılıb. Nazirlik nümayişçiləri dağılmağa çağırır.

Bundan əvvəl də dinc sakinlərə qarşı bibər qazı istifadə edilib, nəticədə onlarla insan, o cümlədən jurnalistlər və siyasətçilər xəsarət alıb. Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər.

Xüsusi təyinatlılar parlamentin ətrafını təmizləməyə çalışır. Əsasən gənclərdən ibarət olan etirazçılar geri çəkilməyəcəklərini deyirlər. Onlar xüsusi təyinatlıların qarşısında dayanırlar.

“Gürcü Arzusu” vətəndaşların iki həftədən artıqdır küçələrdə minlərlə nümayişçinin fasiləsiz əleyhinə etirazlarını davam etdirdiyi rus qanununu qəbul etmək niyyətindədir. Aprelin 30-da aksiya qanunun ikinci oxunuşu ilə paralel saat 19:00-da başlayıb. Vətəndaşlar Rustaveli prospektini bağlayıblar və onların bir hissəsi rus qanununun müəllifi və tərəfdarı olan deputatların qanunverici orqanı tərk etməli olduğu parlamentin arxa girişlərinə keçiblər. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İşlər İdarəsinin və müxtəlif bölmələrinin əməkdaşları aksiya iştirakçılarını ərazini tərk etməyə məcbur ediblər.

Bugünkü hadisələrdən əvvəl, aprelin 29-da rus qanununa dəstək olaraq “Gürcü Arzusu” parlament qarşısında “ümumi yığıncaq” təşkil edib, onun üçün rayonlardan partiya aktivlərini və ictimai xidmət işçilərini gətirib. Qərb əleyhinə mesajlarla dolu bəyanatı hakim partiyanın fəxri sədri oxuyub. Bidzina İvanişvili bildirib ki, “Gürcü Arzusu”nun rus qanununu qəbul etmək üçün resursları var.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur